Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-10-2022, 17:41)
Sakinlər Nazirlər Kabineti ilə Hacı Nehrəmlinin arasında qalıb - FOTO

 Nazirlər Kabinetinin əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2012-ci ildə tikintisinə başlanılan, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 74 ünvanındakı 3 binadan ibarət yaşayış kompleksi hələ də tam təhvil verilməyib.Mediatv.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən qurumun bir qrup keçmiş əməkdaşı bildirib ki, Nazirlər Kabinetinin sərəncamı əsasında 2011-ci ildə ayrılmış torpaq sahəsində tikinti işinin aparılması üçün həmin vaxt "Tərəqqi-NK" MTK yaradılıb. Baş nazirin ovaxtkı müavini Elçin Əfəndiyev MTK-nın sədri təyin edilib və bütün işlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Beləliklə, həmin dövrdə işləyən və əvvəllər işləmiş əməkdaşlar həmin MTK-dan mənzillər almağa başlayıblar. Binaların inşasının gedişində-2014-cü ildə E.Əfəndiyevin rəhbərlik etdiyi MTK "Avesta konserni" MMC ilə birləşib və MTK-nın təsisçisi "Avesta"da həmtəsisçi statusu əldə edib: “Kompleksdə yaşayış davam etsə də, binalara hələ də qaz verilməyib, işıq və su kustar yolla verilib, binalarda işlər yarı-yarımçıqdır. Belə ki, bloklarda işıqlar qoşulmayıb, hətta ümumi balkonların qabağı açıq qalıb.

Nazirlər Kabinetinin keçmiş əməkdaşları qeyd edirlər ki, sakinlərin 2018-2019-cu illərdə xüsusilə qış ərəfəsində kütləvi narazılığı və müxtəlif instansiyalara çoxsaylı müraciəti nəticəsində “Avesta Konserni” MMC üzərinə düşən öhdəliklərin bir qismini yerinə yetirib: “Lakin az müddət sonra yenidən bütün işlər dayandırılıb, bu illər ərzində 250-300 min manatlıq qeyri qanuni alqı-satqı əməliyyatlarından qeyri-rəsmi vəsait yığılıb, “binada istixana olmayacaq” elanı verilərək 1 milyonluq qazanxana avandalığı satılıb, binanın həyətinə qoyulması nəzərdə tutulmuş lift quraşdırılmayıb, həmin yeri isə kommersiya obyekti təyinatı ilə başqa adama satıblar. Bundan başqa inşası vəd edilmiş uşaq meydançası da “ixtisara” düşüb. Təmtəraqlı olaraq həyətin yaşıllıqla bürünəcəyi elan edilsə də, bu vəd də yerinə yetirilməyib”.

Şikayətçilərin sözlərinə görə, binaların qarajlarında çox sayda nəqliyyat vasitəsi saxlanılsa da, həmin sahənin yanğın və havalandırma sisteminin qurulması işləri başa çatdırılmayıb və bu da binanın istismara qəbul edilməməsi üçün əsas səbəblərdəndir: “Binanın təhvil verilməsindən 7 il vaxt keçməsinə baxmayaraq, kompleks yaşayış üçün sakinlərin istifadəsində olsa da, işlər hələ də yarımçıq qalmaqdadır. Sakinlər dəfələrlə “Avesta Konserni”nin rəhbəri İbrahim İbrahimovun (Hacı İbrahim Nehrəmli) qəbulunda olsalar da, şirkət rəhbəri ancaq yalan vədlər verməklə müddət uzatmaqla məşğuldur. MTK sədri olmuş Elçin Əfəndiyev isə sakinlərlə görüşməsi xahiş olunsa da, məktublar cavabsız qalır.

Bütün bu qüsurlar ona gətirib çıxardı ki, kompleks Azərbaycan Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli fərmanına əsasən, sadələşdirilmiş icraat qaydasında dövlət qəbuluna gedən binaların siyahısından çıxarıldı. Özəl şirkətlər tərəfindən açıq satış üçün inşa edilmiş binalar qəbula getdi, amma dövlətin dəstəyi ilə Nazirlər Kabinetinin əməkdaşları üçün tikilmiş kompleksin istismara qəbulu bu günədək həyata keçirilmir. Sakinlər dəfələrlə Baş nazirə, Milli Məclisin sədrinə, müxtəlif hüquq-mühafizə orqanlarına müraciət edib qəbullarda olsalar da, kollektiv şikayət ərizəsi aidiyyəti orqanlara və “Avesta” şirkətinə göndərilsə də, yaranmış biabırçı vəziyyət dəyişmir. Səbəb olaraq isə Nazirlər Kabinetinin tikinti üçün icraçı şirkətə 10 milyon manat qalıq borcunun olduğu göstərilir. Bütün bunlara baxmayaraq, İbrahim İbrahimov başqa şirkət adı ilə Sumqayıt şəhərində yeni bina tikintisinə başlayıb, yuxarıda qeyd olunmuş problemlərin çoxunu xeyli sayda Sumqayıt sakininin başına gətirəcəyi də istisna edilmir”.

Problemlə əlaqədar “Avesta” şirkəti ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı Zülü İsgəndərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sakinlərin bildirdiyinin əksinə olaraq qeyd edilən binalara qaz verilib: “Bütün sakinlər qaz, su, işıq verilişi ilə bağlı müqavilələr bağlayıblar və normal xidmət alıblar. Bu binalarla bağlı əsas məsələ mənzillərə çıxarışların verilməməsidir. Bu da bina təhvilə getmədiyi üçün yaranmış məsələdir”.

Z.İsgəndərov binanın nə vaxt tam təhvil veriləcəyi ilə bağlı məlumatsız olduğunu əlavə edib.

    
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024