Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-10-2022, 15:48)
Fuad İbrahimovun "qoruyucu mələyi" onu daha nəvaxta qədər qoruyacaq ...

 Qəribə ölkədə yaşayırıq. Ölkəni qəribə edənsə yazılmamış qanunları, qəribə qaydalarıdır. Özü də yazılmamış qanunlar həmişə dövlət qurumlarında, dövlət idarələrində yaranır və özləri üçün keçərli olur. Sıravi vətəndaşlara gəldikdə isə qanunlar olur şah (əslində hamı üçün olmağı gərəkdiyi kimi).

Kiçik ya böyük (fərqi yoxdur) vəzifəli şəxslərə gəldikdə isə, "bu filankəsin adamıdır", "onun day-dayı filankəsdir", "o filankəsin sağ əlidir" ifadələri artıq hər kəs üçün "doğmalaşıb" .

"Sağ əl" demişkən, elə bir vaxtlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimovun da keçmiş Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın "sağ əli" olduğunu deyirdilər.

Lakin, maraqlıdır ki, İradə Gülməmmədova vəzifədən getdikdən sonra da Fuad İbrahimov vəzifəsində həmişəki iş prinsipləri ilə davam etdi və hələ də etməkdədir.

Belə çıxır ki, Fuad İbrahimov ya "protez əl" imiş, ya da "day-dayı" güclü imiş. Yoxsa, bu ilin fevral ayında sözügedən qurumda yoxlamalar aparan, qanunsuzluqlar və korrupsiya faktları aşkar edən Azərbaycan Respublikası baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ondan aşağı 10 nəfəri götürüb də, ona niyə dəyməsin?

Fuad İbrahimovun "qoruyucu mələyi" onu daha nəvaxta qədər qoruyacaq ...

Əslində, gəzən söz-söhbətlərə görə əvvəl onun da adı həbs edilənlər arasında olub, amma, nə hikmətsə, 1 gün sonra bu məlumat təkzib edilib. İşçilər korrupsiya əməllərinə görə həbs edilir, rəis "süddən çıxmış ağ qaşıq"mış kimi bu gün öz keyfi-damağında, "kreslosu"ndan ikiəlli möhkəm yapışıb, oturub.

Özü də "yazığın bəxtinə heç əli-ayağı düzgün işçi çıxmır". Aldığımız məlumatlara görə Abşeron rayonunun Hökməli, Qobu və digər qəsəbələrində hələ də "köhnə qaydalar" işləyir ki, bununla bağlı da qarşıdakı günlərdə "DogruXeber.az" informasiya portalımızda ətraflı məlumat dərc ediləcək.
Hazırda, redaksiyamıza daxil olan vətəndaş müraciəti barəsində redaksiyamız tərəfindən bəzi dəqiqləşdirmələr aparılır.

"DogruXeber.az" hər zaman bütün məsələlərə obyektiv və qərəzsiz yanaşır. Buna görə də daxil olan məlumat tərəfimizdən araşdırılıb, dəqiqləşdirildikdən sonra ictimaiyyətə təqdim ediləcək.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024