2016-cı ilin mayında sərxoş vəziyyətdə saxlanarkən türk polislərinin üstünə Kaliforniya, Qətər və Azərbaycan sürücülük vəsiqələrini tullayaraq "bəyəndiyini seç" demişdi. Amma Rəşad Abdullayev həm də atası SOCAR-dan yararlandığı imkanlar hesabına sahib olduğu geniş biznes şəbəkəsi ilə də hər zaman diqqətdə olub.
O da Azərbaycanın digər məmur övladları kimi "qeyri-adi istedad sahiblərindən"dir. Şirkətlər, otellər, restoranlar, istirahət və əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi...
Criminal.az xəbər verir ki, müstəqil jurnalist Cavanşir Həsənlinin təqdim etdiyi siyahı da SOCAR prezidentinin "hazırdan kökə tapan" oğlunun hələ ki məlum olanlarıdır. Niyə hələ ki? SOCAR yeraltı bir dünyadır, onu təhqiq etməyə illər, böyük əmək lazımdır.
1. ALPHA ROGER PROJE İNŞAAT VE GAYRIMENKUL DANIŞMANLIK SANAYİ VE TİCARET ANONİM ŞİRKƏTİ
2013-cü ilin 11 iyununda İstanbul Ticaret Odasında Rövnəq Abdullayevin oğlunun adına qeydə alınıb. Qeydiyyat nömrəsi: 872091/0. Nizamnamə kapitalı 50 min lirədir.
Şirkət əvvəllər İstanbulun İs Esentepe məhəlləsindəki Kore şəhidləri küçəsi 40 ünvanında SOCAR prezidentinin oğluna məxsus binada yerləşsə də, sonradan İstanbulun Sarıyer bölgəsində, Ahi Evran küçəsiindəki Polaris Plazanın 8-ci mərtəbəsinə köçüb.
Ümumiyyətlə Polaris Plazada İstanbulun böyük şirkətləri yerləşir. İnşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.
Şirkət çoxsaylı binalar, ticarə və iş mərkəzləri tikintisi ilə məşğuldur, inşaat üçün İstanbulda böyük ərazilər satın alıb.
*İdealtepe Hatboyu sk No:35 Deniz Palas aprt.
*Maltepe / İstanbul 20 mənzil
*İdealtepe Mh. Beyazköşk Sk Güldoğan Aprt No:3 İdealtepe 30 mənzil
*İdealtepe Mh. Sümer Sk Manolya Aprt / 25 mənzil
*Ataşehir Yenişehir Mh. Özgür Sk Ceren Aprt. 8 mənzil
*İdealtepe Göz Vakfı 32 mənzil
*İdealtepe Sümer Sk. 25 mənzil (Manolya Aprt-2)
*Maltepe Yalı Mah Feyzullah Sk. 42 mənzil 6 ticarət obyekti LAYİHƏLƏR
*Ulus 50 daire
*Rüzgarlıbahçe / Beykoz 4 Blok 152 mənzil
*Beykoz 578 Ada Parsel Yapılaşma Etüdü (Bu siyahıya Alpha Roger Group-a aid http://www.alpharoger.comsaytından baxa bilərsiniz)
2. ALPHA ROGER GROUP HOLDİNG ANONİM ŞİRKETİ
Rövnəq Abdullayevin oğlu ALPHA ROGER GROUP HOLDİNG ANONİM ŞİRKETİ-ni 2014-cü il yanvarın 7-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib.
Qeydiyyat nömrəsi: 900746/0. Nizamnamə kapitalı 50 min lirədir. Bu şirkət də əvvəlcə Rəşad Abdullayevin Zincirlikuyu, Esentepe məhəlləsindəki binasında fəaliyyət göstərib, sonradan Sonradan Sarıyerdəki Polaris Plazaya daşınıb.