Karusel / Slayd / Redaktor seçimi (12-10-2022, 13:10)
“211”-in IX-XI-ləri üçün dərs ili başlamayıb?
Məktəb minlərlə müəllim və şagirdi özündə birləşdirən böyük bir ailədir. Bu ailənin yaranması və formalaşması bir çox amillərdən asılıdır.Ailənin rəhbəri sayılan direktorun əsas vəzifəsi isə məktəb üçün düzgün istiqamətlər müəyyənləşdirmək, kreativ düşünən müəllimləri dəstəkləmək, məktəbin gündəlik həyatına yeni rəng qatan, bu mühitə canlanma və maraq gətirən, kollektiv tərəfindən alqışlanan yenilikləri qəbul edərək reallaşdırılmasına kömək göstərməkdən ibarətdir. Məktəbin direktoru hər kəs tərəfindən şəxsiyyət kimi qəbul olunmalıdır.O, bunu fəaliyyəti dövründə zaman-zaman sübut etməlidir.Direktor ətrafına fikirlərini dəstəkləyən, onunla həmfikir olan müəllimlər toplamalıdır. Amma çox təəssüflər olsun ki,2022/2023-cü tədris ili başlar-başlamaz Azərbaycan təhsilinin, məktəb direktorlarının biabırçı durumu elə startdaca özünü tam çılpaqlığı ilə göstərməyə başladı. Sentyabrın 15-dən indiyədək təhsil müəssisələrindəki neqativ hallar barədə KİV-də yetərincə informasiya gedib.
Nələrin şahidi oluruq?: Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 saylı orta məktəbdə bir uşağın digərini vəhşicəsinə döydüyünü, digərinin də laqeydcəsinə telefonla çəkib paylaşdığının, Sumqayıtdakı 32 saylı məktəbdəki rüşvət məsələsi sosial şəbəkələrdə müzakirəsinin, müəllimlərdən pul tələb edən direktor Esmira İbrahimova vəzifəsindən azad edilməsinin, qazi polkovnik-leytenant Elşən Umarovun övladının 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciətinə məhəl qoyulmamasının, Yardımlı rayon Arvana kənd məktəbinin direktorunun zorla öz baldızına kəbin kəsdirməsinin və s. və i.a.
“Mediatv.az” saytının elektron poçtuna paytaxtın Nəsimi rayonundakı 211 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar barədə məlumatlar daxil olub. İnformator bildirir ki, yuxarı sinif şagirdləri kütləvi surətdə dərsə gəlmirlər. Əgər məktəbə qəfləti yoxlama gəlsə, IX-X-XI sinif şagirdlərini yerində tapmaz. Bildirilir ki, məktəb rəhbərliyi ali məktəbə hazırlaşanları müəyyən maraqlar müqabilində gündəlik dərsə gəlmək öhdəliyindən azad edib. Onların bir çoxu hətta məktəbin müəllimlərini belə tanımır. Nəticədə boş qalmış sinif otaqları arendaya verilib.Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Balıyeva alveri, pul yığmağı yaxşı bacardılğına görə direktor Həcər Mahmudova onu “əziz-girami” bilir və hər vəchlə qoruyur, onun haqqında gedən şikayətləri “zərərsizləşdirir”. Məktəb direktoru Həcər xanım Mahmudova Bakı şəhər məktəblərində müşahidə olunan bütün problemləri sanki bu məktəbdə cəmləşdirib. Mediatv.az-a yazan şikayətçinin sözlərinə görə direktor Həcər Mahmudova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.O, sonradan ixtisasartırma təhsili alaraq pedoqoji fəaliyyətə başlayıb.Onun bütün işlərinə yaxın qohumu,sabiq deputatlarlardan biri köməklik edib.
Yaxın günlərdə daha ətraflı məlumatlar təqdim edəcəyik...
Qarşı tərəf kimi hər bir kəsin cavab haqqını tanıyırıq..
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024