Karusel / Slayd (31-08-2022, 12:35)
Daha bir təhsil ocağında ŞÜBHƏLİ TENDERLƏR...
Qazaxda bir ali təhsil ocağı var. 2015-ci ilə qədər bura Azərbaycan Müəllimlər İnstitutunun Qazax fililı kimi, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı kimi fəaliyyətdə olub, 2016-cı ilin aprel ayından Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilib. Hələ 2016-cı ildə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov universitetin Qazax filalının tələbə və müəllim kollektivi ilə görüşü zamanı jurnalirtlərə açıqlamasında “Filalın univeristet səviyyəsinə qalxması üçün əlimizdən gələni edəciyik. Həm maddi texniki bazanın, həm də infrasturkturanın qurulması istiqamətində tədbirlər həyata keçirilib. Həmçinin kadr hazırlığında BDU-nun mütəxəsislərindən istifadə olunması nəzərdə tutulub”-deyə bildirmişdi.
Sabiq rektorun “Filalın univeristet səviyyəsinə qalxması üçün əlimizdən gələni edəciyik” ifadəsinin arxasında duran qaranlıq məsələlərə toxunmaq istəməzdik. Məlum səbəblərdən Abel Məhərrəmov 2018-ci ildə vəzifəsi ilə vidalaşmalı oldu. Amma Bakı Dövlət Universitetinin Qazax filialı yerində durur. Ötən bu m üddət ərzində filial nəinki univeristet səviyyəsinə, heç institut səviyyəsinə belə qalxa bilməyib. Bura bu gün ali təhsil müəsisəsindən daha çox bir korrupsiya yuvasına çevrilib. Sabiq rektorun qurmasını nəzərdə tutduğu maddi texniki baza quruldumu. yoxsa elə əvvəlkilər də talan edilir. Heç kimə sirr deyil ki, vaxtıilə, hələ Azərbaycan Müəllimlər İnstitutunun Qazax fililı kimi fəaliyyət göstərərkən institutdan pul ilə satılmış saxta diplomların sayı yüzlərlə olub. Hazırda isə saxta diplomlar satılmasa da dövlət vəsaitləri talan edilməkdədir.
Aktualinfo.org Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən son illərdə keçirilmiş satınalmalar ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda filialın Tender Komissiyası tərəfindən illik satınalma planlarına uyğun nəzərdə tutlan bəzi kotirovka sorğularının keçirilməsi zamanı ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.
Bakı Dövlət Universiteti Qazax filialının Tender Komissiyası 01.06.2020-ci il tarixdə 2021-ci il üzrə alınacaq mal materialların və xidmətlərin satınalma planlarına daxil edilmiş siyahısını dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamış, lakin 2021-ci ildə keçirilmiş kotirovka sorğularının bəzilərinin nəticələri barədə məlumatları qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə açıqlamamışdır. Məsələn, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, sair torpaq, tikili və avadanlıqlar (inventarların alınması), dəftərxana və təsərrüfat malları, cari təmir kimi kotirovka sorğularının keçirilməsi barədə filialının Tender Komissiyası qanunda nəzərdə tutulmuş heç bir qaydaya əməl etməmişdir.
Ümumiyyətlə burada satınalmaların formal bir qaydada həyata keçirildiyi elə filialın Tender Komissiyasının işindən bəlli olur. Belə ki, filialın Tender Komissiyası elan etdiyi kotirovkalarda yerləşdirdiyi telefon nömrələri və e-mail adresin heç biri işləmir. Bu o deməkdir ki, kotirovkada iştirak etmək istəyən hər hansı bir iddiaçı şirkət sifarişçi ilə əlaqə saxlaya bilməz. Bu həm də o deməkdir ki, kotirovkanın qalibi artıq əvvəlcədən müəyyən olunur və əlavə iştirakçı müraciətinə heç bir ehtiyac qalmır.
Hələ bu harasıdır. Satınalmalarda yol verilmiş qanunsuzluqlara aydınlıq gətirilməsi ilə bağlı ünvanladığımız elektron sorğu məktubuna artıq 25 gündən çoxdur ki, cavab verilmir. Təsəvvür edin. Telefonla əlaqə saxladığımız filialın təsəsrrüfat şöbəsinin müdiri Hüseyn Namazov kotirovkaların keçirilməsindən xəbərsiz olduğunu bildirdi. Buna biabırçılıqdan başqa ad vermək mümükün deyil. Dəfələrlə zəng etməyimizə baxmayaraq baş mühasib Şahin Nağıyev isə gah məktubdan xəbərsiz olduğunu, gah da məzuniyyətdə olduğunu bildirdi. Halbuki sorğu məktubu məhz onun e-mail ünvanına da göndərilmişdi. Baş mühasibdən sorğu məktubu barədə filialın rəhbərliyinə məlumat verməyi xahiş etdik. Satınalmaların keçirilməsinə birbaşa məsul olan baş mühasib nə desə yaxşıdı? “Mən niyə deyirəm, özünüz deyin.” Tender Komissiyasının üzvləri olan bu şəxslərin, baş mühasib Şahin və təsəsrrüfat şöbəsinin müdiri Hüseynin işinə bu qədər məsuliyyətsiz yanaşmasının səbəbi nədir görəsən? Filialda hökm sürən anarxiya. Buna başqa heç bir ad vermək olmaz. Əgər bir qurumun təsərrüfat və maliyyə məsələlərinə məsul olan şəxsləri işlərinə bu qədər biganə yanaşırlarsa, onun səbəbi təbii ki, rəhbərliyin yaratdığı qeyri normal atmosferdi.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Qazax filialı tərəfindən satınalma planlarına daxil edilmiş bir çox kotirovka sorğularının keçirilməsi zamanı dövlət satınalmalarının vahid internet portalına iddiaçılara dəvət elanı demək olar yerləşdirilməmiş və nəticələri barədə ictimaiyyətə açıqlama verilməmişdir. Tikili və avadanlıqların cari təmir xərcləri üzrə 19.10.2021-ci il tarixdə, dəftərxana və təsərrüfat xərcləri üzrə 01.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri isə açıqlanmamışdır.
Bunlarla yanaşı, artıq carı ilin 8-ci ayı olmasına baxmayaraq filialın Tender Komissiyası 2022-ci il üzrə satınalma planlarına daxil etdiyi və nəzərdə tutulan malların və xidmətlərin satın alınması barədə iddiaçılara heç bir dəvət elan verməmişdir. Buna misal inzibati binanın cari təmiri işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusu ola bilər ki, nəticələri 08.08.2022-ci il tarixdə açıqlanıb və “BKG” MMC ilə 44 828.91 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı bildirilib. Amma dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş elanlarda Bakı Dövlət Universiteti Qazax filialının Tender Komissiyasının inzibati binanın cari təmiri işlərinin satın alınması üçün kotirovka sorğusu elanı verilməyib. Bu isə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin kobud şəkildə pozulması deməkdir.
Xüsusilə qeyd etmək istərdik ki, Bakı Dövlət Universiteti Qazax filialı tərəfindən analoji qanun pozuntularına əvvəlki illərdə də yol verilmiş, nəticələri açıqlanmış bir neçə kotirovka sorğularından başqa keçirilmiş bütün kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirilməmişdir.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Qazax filialının Tender Komissiyası 2019-2022-ci illərdə mühafizə xidmətinin satınalınması üzrə 6 nəfər mühafizəçi və bir xidmət rəisinin universitetdə mühafizə xidmətinin təşkili üçün 2019-cu ildə 5 593.2 və 37 288 manat, 2020-ci il üzrə 22.01.2020-ci il tarixdə 67 118.4 manat, 2021-ci il üzrə 23.12.2020-ci il tarixdə 79 985.28 manat, 2022-ci ildə isə 87 976.08 manat məbləğində satınalma müqavilələri bağlanmışdır. Burada 7 nəfər mühafizəçinin xidmət aparmasına hər il fərqli məbləğlərdə satınalma müqavilələrinin bağlanılmasında qiymətlərin süni şəkildə şişirdilməsi ehtimal olunur.
Bundan əlavə Bakı Dövlət Universiteti Qazax filialının Tender Komissiyası 2018-2022-ci illərdə cari təmir, abadlıq işləri, tikili və avadanlıqların cari təmir xərcləri, kommunal və kommunikasiya xətlərinin təmiri işləri, dəftərxana ləvazimatlarının satın alınmaları üzrə “SƏMA” MMC ilə fərqli işlər və xidmətlər üçün 7 satınalma müqaviləsi bağlanımışdır. Göründüyü kimi filialının Tender Komissiyası müxtəlif işlərin və xidmətlərin satın alınmasında bir şirkətə üstünlük vermişdir ki, bu da tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına səbəb olur.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Bakı Dövlət Universiteti Qazax filialının Tender Komissiyası “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə demək olar ki, riayət etmir. Tender Komissiyasının üzvü olan məsul şəxslərin işinə ciddi yanaşmamasından isə belə görsənir ki, burada anarxiyadır. Burada ya filialın direktoru Arif Rüstəmov vəzifəsinin öhdəsindən gələ bilmir, ya da, belə bir şəraiti özü bilərəkdən yaradıb. Xatırlatmaq istərdik ki, Arıf Rüstəmov buna qədər BDU-da sosial elmlər və psixologiya fakultəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb. Elə Elçin Babayev BDU-ya rektor təyin olunduqdan az sonra Arıf Rüstəmovu Universitetin Qazax filialının direktoru təyin edib. Belə çıxır ki, Elçin Babayev onu filialda tədrisin keyfiyyətini artırmağa deyil, hər çür özbaşınalıq etməyə, dövlət vəsaitlərin talamağa göndərib. Ya da rektor Elçin Babayev Bakı Dövlət Universitetini idarə etdiyi kimi əyalətdə yerləşən filialı da nəzarətsiz buraxıb. Elə Bakı Dövlət Universiteti tərəfindən keçirilmiş tenderlərdə də saxtakarlıq hallarına az yol verilmir. Bu barədə son vaxtlar elektron media resurslarında kifayət qədər geniş məlumatlar yayılıb. belə bir nəticəyə gəlmək olar ki, Bakı Dövlət Universitetinin Qazax filialındakı anarxiyanın başında elə rektor Elçin Babayevin özü durur.
Aktualinfo.org

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024