İqtisadiyyat (9-06-2022, 15:23)
Yeni baş bankirimiz DOLLARI UCUZLAŞDIRIR? - AKTUAL
İyunun 7-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Hərracda tələb 18,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, iyunun 2-də isə keçirilmiş valyuta hərracında isə tələb 56,4 milyon dollar təşkil edib və tam təmin edilmişdi. 2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 41 valyuta hərracında banklara 2 milyard 535,8 milyon dollar satılıb. Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.
Bankların dollara tələbinin kəskin azalması nə ilə bağlıdır? "Mediatv.az"-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bu məsələyə iki istiqamətdə yanaşmaq lazımdır:
“Yeni rəhbərin dövründə proseslərin necə cərəyan etdiyini bilmirəm. Ancaq Elman Rüstəmovun dövründə banklara qabaqcadan deyilirdi ki, onlara nə qədər dollar satıla bilər. Ona görə də onlar da deyiləndən çox tələb vermirdilər.
Hərracı keçirən də, baklara nəzarət edən də Mərkəzi Bankdır. Yəni banklar Mərkəzi Bankdan asılı vəziyyətdədir. Banklar Mərkəzi Bankın sözündən çıxa bilmir. 2016-cı ildə banklara nəzarət səlahyyəti Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdi.
2019-cu ildə həmin səlahiyyət alınaraq Mərkəzi Banka verildi. Bunun səbəbi o idi ki, bir sıra inkişaf etmiş ölkələrdə pul siyasətini həyata keçirən Mərkəzi Bank banklara nəzarət etməməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının dövründə Mərkəsi Bankdan çəkinmirdilər. Ancaq indi qorxurlar, çünki kredit götürəndə, dollar alanda Mərkəzi Bank nəzarət funksiyasından istifadə edərək cəzalandıra bilər”.
Konkret bankların dollara tələbinin kəskin azalmasına gəldikdə isə ekpert bildirib ki, Mərkəzi Bank onlara nə deyibsə, onu verirlər:
“Bir neçə ay bundan əvvəl banklar əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə alırdılar.
Banklar niyə gedib Mərkəzi Bankdan birdəfəlik 10-20 milyon almırdılar, əhalidən xırda-xırda pul toplayırlar?
Banklar adətən əhalidən ucuz alıb, baha satır ki, qazancı olsun. Mərkəsi Bank onlara satmırdı, hərraclarda da qoymurdu ki, istədiyi tələbi desinlər. Mərkəzi Bank burada ayrı-seçkilik edir. Böyük banklara nə qədər lazımdırsa satır, kiçik banklara yox. Eyni zamanda ola bilər ki, iki həftə tələbat çox idi, indi belə bir ehtiyac yoxdur. Onu da nəzərə alaq ki, indi banklardan əsasən dollar alan əhali deyil. Çünki əhalinin əksər hissəsinin o qədər də pulu yoxdur. Onlar əsasən sahibkarlardır. Əhalidən fərqli olaraq onlar dolları balışın altına qoymaq üçün almırlar.
Ola bilər ki, indiki halda sahibkarlara o qədər də dollar lazım deyil. Yəni əvvəlki aylarda xaricə kifayət qədər ödənişlərini ediblər. Əgər yenə də dollarda azalma olsa, bu faktiki o deməkdir ki, banklara çox tələb verməməsi üçün tapşırıq veriblər.
Digər tərəfdən görürük ki, əhaliyə dollar almaqda maneələr törədirlər, yəni limit müəyyən edirlər və s. Əgər görsək ki, tələb dəyişir, yəni atrır, azalır, demək ki, obyektiv vəziyyətdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024