İqtisadiyyat (17-12-2021, 10:42)
Azərbaycan və Tatarıstan elektrik şirkətləri arasında əməkdaşlıq sazişi imzalandı
“Azərişıq” ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfərinin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.
Mediatv.az xəbər verir ki, Azərbaycanın elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarstan Respublikasının energetiklərinə geniş məlumat verilib.
Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də – respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb.
Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi, Tatarıstan Respublikasında ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində Smart Grid proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirilib.
"Setevaya Kompaniya" ASC-nin baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyətilə bağlı nəzəri fikir mübadiləsi aparıldı. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi energetiklər qrupu, şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq, yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirmiş, enerji sisteminin rejimlərinin idarə olunmasında SK-11 - müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndirmişlər.
Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” - İstehsalat Sisteminin nəticələri ilə tanış olublar. Bildirilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditinin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin, Tatarıstanda tətbiq olunmağa başlayan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə, Vısokogorskiy RES ərazisində 10kV-luq
HEVX-də aparılan yenidənqurma işləri təqdim edilib.
Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstan Respublikasının elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” –Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edilib.
İstehsalat və elektroenergetika obyektlərinə səfərlər başa çatdıqdan sonra “Azərişıq” ASC ilə “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.