İqtisadiyyat (15-12-2021, 15:59)
Mikayıl Cabbarov türkiyəli nazirlə görüşdü - Foto
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
"Mediatv.az" xəbər verir ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairənin genişləndirilməsi istiqamətində işlər aparılır və bu, iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq.
Qardaş ölkələr arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkə isə Türkiyədir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıq göstərirlər və bu, qardaşlığımzı bir daha nümayiş etdirir.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrin qurulmasında rolu və müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.
Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri bardə fikirlərini bildirib.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.