İqtisadiyyat (13-12-2021, 10:43)
“AzerGold”un qızıl məhsullarının satışında ciddi artım qeydə alınıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)fəaliyyətə başladığı gündən istehlakçıların böyük marağına səbəb olan Satış və mübadilə mərkəzində 1 dekabr 2021-ci il tarixinədək, ümumilikdə 1029.2 unsiyaqızılın satışı həyata keçirilib. Nəticədə son 3 ay ərzində təkcə hədiyyə qismində deyil, sərfəli investisiya aləti kimi də istehlak olunanqızıl sikkə və külçələrin pərakəndə satışından dövriyyəyə 3.4 milyon manatdançox vəsait cəlb edilib.
Müqayisə üçün qeyd edək ki, Səhmdar Cəmiyyət ötən ilin eyni dövründə pərakəndə satış bazarında cəmi 93.9 unsiya qızılın satışını həyata keçirmişdi. Belə ki, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında onlayn sifariş və komissiya müqavilələri əsasında paytaxtda yerləşən müxtəlif satış nöqtələrində alıcılara təqdim edilən qızıl sikkə və külçələrin satışından ümumilikdə 435 min manat vəsait dövriyyəyə cəlb edilmişdi. Cari ilin eyni dövründə isə pərakəndə satışdan əldə edilən vəsait 87 faiz daha çoxdur.
Bu, 2021-ci il ərzində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda qiymətli məhsullara artan təlabətla əlaqadar olmaqla, daxili bazara yönəldilən qızılın həcminin artırılmasını labüd edib. Beləliklə, Səhmdar Cəmiyyətinhasil etdiyi qızılın bir hissəsinin daxili bazara yönəldilməsi şirkətin illik ixrac planına müəyyən qədər təsir etsə də, yeni sikkə və külçələrin istehsalı yerli pərakəndə bazarda kifayət qədər ciddi canlanmaya səbəb olub.
Xatıraladaq ki, “AzerGold” milli zərgərlik sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək vermək məqsədilə cari ilin sentyabr ayında yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzini istifadəyə verib.Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 999.9 əyarlı, 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda hazırlanan qızıl sikkələr satışa çıxarılıb. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur. Aparılmış bazar araşdırmalarına əsasən “AzerGold”un məhsulları yerli bazarda eyni kateqoriyadan olan məhsullarla müqayisədə ən sərfəli qiymətə təklif olunur.
Qeyd edək ki, satış mərkəzində məhsulların satışı ilə yanaşı həmçinin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi də təmin edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024