“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir.

"Mediatv.az"ın xəbərinə görə, dəyişikliklə müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bu ödəniş əvvəlki redaksiyada 35 ay sığorta stajına görə verilirdi.