Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-11-2021, 12:34)
“Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik”

“Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik”

“2021-ci ili yaxşı nəticələrlə bitiririk. Böhrana baxmayaraq, “SOCAR Türkiyə” olaraq ayaqda dura bildik. Hazırda Türkiyənin ən böyük xarici investoruyuq. Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik”.

Mediatv.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 10 mindən çox insan işlə təmin edilib. Podratçı şirkətləri də nəzərə alsaq, bu rəqəm yüz minlərə çıxır: “Son 2 ildə ən böyük uğurlarımızdan biri “SOCAR Türkiyə”nin ən böyük sənaye holdinqi statusunu qazanmağımızdır. Azərbaycan şirkətlərinin Türkiyədə bu statusu qazanmağı hamımız üçün böyük nailiyyətdir”.


Z.Qəhrəmanov əlavə edib ki, bu il tədqiqat və inkişaf şirkəti holdinqə qatılıb: “Artıq biz bunun nəticəsini görürük. Holdiqə daxil olan ilk şirkət “Petkim”dir. 50 ilin şirkətidir. Türkiyənin neft-kimya məhsullarının 17 faizini qarşılayır. Bu il “Petkim” üçün çox uğurlu oldu. İl hələ bitməyib, biz tarixdə ən rekord qazancımızı açıqlamışıq. Ümumilikdə 5 minə yaxın insan bu şirkətdə çalışır”.

Qeyd edək ki, SOCAR 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in alınması ilə Türkiyədə fəaliyyətə başlayıb. Bu günə qədər SOCAR Terminal, Petkim, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya dəyəri 16,5 milyard dolları keçib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024