Mediatv.az  xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5 milyard 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5 milyard 296,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.