İqtisadiyyat (30-04-2021, 17:25)
“Bəzi banklar Mərkəzi Bankdan kredit götürə bilmir” - Şəffaf mexanizm yoxdur
Mərkəzi Bank İdarə Heyəti uçot dərəcəsinin sabit saxlanılması haqda qərar qəbul edib. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Beləliklə, uçot dərəcəsi 6,25 faizdə, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 6,75 faiz səviyyəsində qalıb. Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub. Qeyd edək ki, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.
Maraqlıdır, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlamasının kredit portfelinə təsiri nədən ibarət olacaq?
Sualımızı cavablandıran, bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a söyləyib ki, Mərkəzi Bankın uçot dərəcəsi bazar faizlərinə ciddi təsir göstərmir:
“Çünki uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi faiz dərəcəsidir. İnkişaf etmiş ölkələrdə isə uçot dərəcəsini artıranda bazarda faizlər qalxır, endirəndə isə azalır. Çünki banklar Mərkəzi Bankdan krediti ucuz götürüsə ucuz, baha götürdüksə isə baha verir.
Ölkəmizdə isə bu mexanizm işləmir. Səbəbi isə odur ki, Azərbaycandakı hər bir bank Mərkəzi Bankdan kredit götürə bilmir.
Bunun şəffaf və birmənalı qaydası, mexanizmi yoxdur. Hər bank Mərkəzi Bankdan kredit götürə bilmədiyi üçün bu mexanizm işləmir. Bu baxımdan uçot dərəcəsinin sabit saxlanmasının ölkəmizdəki bankların kredit portfeli üçün əhəmiyyəti böyük deyil”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024