Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin sabit saxlanılması haqqında qərar qəbul edib. Bu barədə AMB-nin məlumatında deyilir ki, uçot dərəcəsi 6,25 faizdə, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 6,75 faiz səviyyəsində qalıb.
İqtisadçı-ekspert Rəşad Həsənov qərar barədə fikirlərini "Şərq"ə bildirərkən qeyd edib ki, Mərkəzi Bank mümkün olduğu qədər bu istiqamətdə humanitar addımlar atmağa çalışır:
"Neftin qiyməti və digər amillərin uçot dərəcəsinin aşağı düşməsinə zəmin yaratmasına baxmayaraq, uçot dərəcəsinin sabit saxlanılması ehtimalı var idi. Bu sahədə digər problem isə inflyasiya səviyyəsidir.
Rəsmi inflyasiya səviyyəsi 4 faiz ətrafında qeyd olunsa da, qeyri-rəsmi olaraq məlumdur ki, 8-10 faiz ətrafında inflyasiya gedir.
Belə şərtlər daxilində hökumət uçot dərəcəsinin aşağı düşməsi barədə qərar qəbul etdiyi halda, bu, bazarda pul kütləsinin artması və dolayısı ilə inflyasiya təzyiqlərinin daha da kəskinləşməsi anlamına gələ bilər.
Mərkəzi Bank indi mümkün qədər inflyasiya hədəfi istiqamətində humanitar siyasət həyata keçirməyə çalışacaqdır. Bu da hazırkı şərtlər daxilində uçot dərəcəsinin aşağı düşməsinin qarşısını alan əsas faktorlardan biridir"
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024