Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (7-11-2014, 22:00)
Elman Rüstəmovun açıqlaması əhalini təşvişə saldı

Elman Rüstəmovun açıqlaması əhalini təşvişə saldı

 

Mərkəzi Bankın sentyabr ayı üçün açıqladığı statistik rəqəmlər əhalidə narahatlıq yaradıb. 

Mediatv.az Qafqazinfo-ya əsasən xəbər verir ki, nəticədə əhali banklara qoyduğu depozitləri çıxarır. Statistikaya görə, artıq üçüncü aydır ki, əhalinin banklara qoyduğu əmanətlər azalmaqda davam edir.

Xatırladaq ki, sentyabr ayında əhalinin banklara qoyduğu əmanətlər 33 milyon manat azalıb və 6 milyard 959,7 milyon manat təşkil edib.

Sentyabr ayında ölkə üzrə depozitlərin toplam miqdarı da azalıb. Mərkəzi Bankın məlumatına görə, 1 sentyabr 2014-cü il tarixinə depozitlər 10 milyard 174,6 milyon manat təşkil etmişdisə, artıq 1 oktyabr 2014-cü il tarixində bu göstərici 10 milyard 82,2 milyon manata düşüb. Yəni, bir ay ərzində 92,4 milyon manat azalma olub.

Mərkəzi Bankın Idarə Heyətinin sədri Elman Rüstəmovun ölkənin 5-6 bankının bağlanacağı barədə səsləndirdiyi fikirlər də insanlarda narahatlıq yaradıb. Ölkə əhalisinin bu narahatlığı nəticədə əmanətlərin banklardan geri çəkilməsilə nəticələnir və bu tendensiya artmaqda davam edir.

Ekspertlər belə bir tendensiyanın yaranmasında Mərkəzi Bank və bəzi hökumət yetkililərinin verdiyi açıqlamaların böyük rol oynadığı fikrindədilər. Xüsusən, Mərkəzi Bank sədrinin sözügedən açıqlaması əhali arasında ajiotaja səbəb olub. Əhalinin bəzi qrupları öncədən özlərini sığortalayaraq, büri başdan əmanətlərini çıxarmağa üstünlük verirlər.

Banklarla bağlı yaranmış vəziyyətə yaxın vaxtlarda müvafiq qurumlar aydınlıq gətirməsə, mətbuatda bu istiqamətdə gedən diskussiya və açıqlamalar ajiotajı daha da gücləndirəcək. Dövlət yetkililəri və Mərkəzi Bank normal, ayrıntılı,   rəsmi bir açıqlama verməlidir ki, əhali hansı banklardan söhbət getdiyini bilməklə sakitləşsin. Bankların nəyə görə bağlana biləcəyi ehtimalı əhaliyə izah edilsə, bu ajiotajın qarşısı alına bilər.

Amma belə söhbətlər davam etsə və daim diqqətdə olsa, əmanətlərin banklardan çıxarılması daha sürətli prosesə çevriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024