İqtisadiyyat (29-03-2021, 15:52)
Vahid Ələkbərovun “Yelo Bank”ında nələr baş verir? - İLGİNC
30 ilə yaxındır ki, Azərbaycan Mərkəzi ( Milli ) Bankının sədri olan Elman Rüstəmovun ''yarıtmaz'' maliyyə-bank siyasətinin nəticəsi olaraq ölkədə mövcud olan banklar bir-bir sıradan çıxır. Ümumiyyətlə, hazırda bank sistemimiz düşdüyü böhrandan çıxa bilmir. Bunun birinci günahkarı Elman Rüstəmovdur.
Əlbəttə, bank sahiblərinin günahı da az deyil.
Təsəvvür edirsiniz son bir neçə ildə 9 bank fəaliyyətini dayandırıb. Bunlar "Bank of Azerbaijan”, "Texnikabank”, "Bank Standard”, "Qafqaz İnkişaf Bankı”, "Atabank”, "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və “Zaminbank” ASC-dir.
Mərkəzi Bankın qərarı ilə daha 4 bankın – "Amrahbank”, "NBC Bank”, "Ata Bank” və "AĞBank”-ın lisenziyaları ləğv edildi.
Yuxarıda əbəs yerə qeyd etmədik ki, bank sahiblərinin özü də məsuliyyət daşıyır.
Belə banklardan biri də “Yelo bank”dır.
Məlumat üçün qeyd edək ki, “Yelo Bank”ın əsas səhmdarları Rusiyanın "Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovdur. Ona məxsus "Topaz Investments” QSC bankın 95.68 faizinə, fiziki şəxslər 4.22 faizinə, "İSR Holdinq” isə 0.10 faizinə sahibdir.
4 ildir Bankın İdarə Heyətinin sədri olan Nikolay Şurqaia ilə kollektiv arasında münasibətlər son həddə çatıb.
"Yelo Bank”da ''yarıtmaz'' idarəçilik ucbatından həm dövlətə, həm müştərilərə, həm də burada çalışan personala ciddi problemlər yaradır. Bank kollektiv qarşısında yeni tələb qoyub: Hər kəsin maaşı 20 faiz azaldılacaq, bununla razılaşmayanlar dərhal işdən gedə bilər!
Əməkdaşların bir qismi N. Şurqaianın bu tələbi ilə razılaşmayaraq işdən çıxıb. Bundan başqa, İdarə Heyətinin sədri kollektivdə ixtisarlar aparıb.
Bankda xeyli şübhəli məqamlar var. Bankın göstəriciləri belədir: Aktivləri 451,5 milyon manat, kredit portfeli 305,2 milyon manat, depozitlər 307,1 milyon manat, rüb üzrə xalis zərər isə 7,3 milyon manat təşkil edib. Bankın məcmu kapitalı 54,1 milyon manatdır.
Bəs onda bank niyə zərərlə işləyir?
Bəzi müqavilələr ümumiyyətlə saxtadır, rəhbər şəxslərin "dost-tanışlarına” verilib və burada təbii ki kifayət qədər qaranlıq məqamlar var. İlk yarım ilin hesabatından açıq-aydın görünür ki, səhmdarların vəsaitləri böyük risk altındadır, bu həcmdə kapitalla 7.3 milyon manat xalis zərər etmək bilavasitə Nikolay Şurqaia komandasının yarıtmaz idarəçiliyinin nəticəsidir. Hansı ki, İdarə Heyətinin üzvləri, baş direktorlar, departament direktorları və onların cəlb etdikləri şöbə müdirləri bu səmərəsiz idarəçilikdə onunla birgə məsuliyyət daşıyırlar”.
Ortaya çıxan nəticə budur ki, bank yeni işsizlər ordusu yaradır. Və bu məsələ Elman Rüstəmov üçün ciddi başağrısına çevriləcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024