Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-03-2021, 11:12)
Sahibkarlıq üçün "yaşıl" mühit yaradılmalıdır, iqtisadi inkişaf niyyəti bunu tələb edir - Əks halda...

Sahibkarlıq üçün "yaşıl" mühit yaradılmalıdır, iqtisadi inkişaf niyyəti bunu tələb edir
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq qəbul edilib. Xatırladaq ki, bundan əvvəl müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov vurğulayıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanun qəbul edilərkən məqsəd olaraq sahibkarlığın inkişafının stimullaşdırılması olduğu bildirilirdi:

"Lakin bu qanun qəbul olunduğu tarixi şəraitə baxsaq görərik ki, bu Azərbaycanda baş vermiş devalvasiyadan sonra ciddi zərbə almış sahibkarlıq fəaliyyətini ayaqda saxlamaq üçün dövlətin bir sıra tədbirlər silsiləsindən ibarət idi. 2015-ci ilin oktyabrında qəbul edilmiş bu qanunun 2021-ci il yanvarın 1-dək dayandırılması nəzərdə tutulurdu. Həmin tarix artıq geridə qalsa da bu qanunun şamil edilmə müddəti 2022-ci il yanvarın 1-dək uzadıldı. Əslində bu, gözlənilən idi. Çünki hazırda buna çox ehtiyac var".

E.Əmirov hesab edir ki, hələ növbəti illərdə də bu uzadılmaları bir neçə dəfə təkrar müşahidə edəcəyik:

"Sual oluna bilər niyə? Əvvəla ona görə ki, onsuz da bu qanun sahibkarları yoxlamalardan tam azad etmir. Qanunun 2.1-ci maddəsinə görə isə vergi və maliyyə yoxlamaları, gömrük auditi, özəl tibb fəaliyyəti üzrə yoxlamalar, qida təhlükəsizliyi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti və digər 15-ə yaxın müxtəlif istiqamətlərdə yoxlamalar aparıla bilər. Göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qəbul edilən qanunun özündə belə kifayət qədər yoxlamaların aparılmasına icazə verilir.

Demək ki, onsuz da yetərincə yenə də yoxlama istiqamətləri saxlanılıb. Başa düşürəm, elə sahələr var ki, ona nəzarət və yoxlama vacibdir. Amma bunu ən mümkün minimum səviyyədə saxlamaq lazımdır. İndi təsəvvür edək ki, yoxlanışa qadağa qoyan qanun belə 15-dən çox istiqamət üzrə yoxlamaya icazə verirsə, bu qanun qüvvədən düşəcəyi təqdirdə yoxlama halları nə qədər artacaq.

Buna görə də 2022-ci ildə bu qanunun şamil edilmə tarixi bitdikdən sonra bu sahədə daha təkmil bir qanun layihəsi hazırlanmalıdır. Elə bir qanun layihəsi ki, orada öncə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallara qarşı ciddi mübarizə, bundan kənar hallarda isə sahibkarlıq subyektlərinin inkişafı üçün geniş meydanın yaradılması təmin edilsin".

Ekspert düşünür ki, gələn il olmasa belə, zaman keçdikcə biz daha effektiv qanunların və tədbirlərin şahidi olacağıq:

"Çünki iqtisadi inkişaf arzusu bunu tələb edir. Əgər qeyri-neft sektorunun inkişafını prioritet olaraq seçiriksə, sahibkarlıq üçün “yaşıl” mühit yaradılmalı və o mühitə xələl gətirən istənilən maneə aradan qaldırılmalıdır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024