Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (10-03-2021, 12:45)
Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti” necə xərcləyir?

Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti”: Bu pul göydən düşməyib ki...
Azərbaycanda Dövlət Gömrük Komitəsinə (DGK) yeni inzibati bina tikilir. Bu barədə Komitə sədri Səfər Mehdiyev açıqlama verib. Deyib ki, yeni inzibati binanın tikintisi DGK-nın büdcədənkənar fondu hesabına maliyyələşir: “Binanın tikintisi Gömrük Komitəsinin büdcədənkənar fondu hesabına maliyyələşsə də, fonda daxil olan gəlirlərə və xərclərə Maliyyə Nazirliyi tərəfindən nəzarət var”.

Bundan əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov da bildirmişdi ki, rəhbərlik etdiyi qurumun yeni inzibati binasının tikintisi büdcədənkənar vəsait hesabına həyata keçirilir: “Mərkəzi Bankın yeni binasının tikintisi onun öz vəsaitləri hesabına həyata keçiriləcək. Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb. Yeni inzibati binanın inşa olunması 4-5 il ərzində baş tutacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın yeni inzibati binası 218 milyon avroya başa gələcək. Belə ki, Mərkəzi Bankın yeni binası Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti (Tekfen İnşaat ve Tesisat A.Ş.) tərəfindən inşa ediləcək. “Tekfen Holding” tərəfindən təqdim edilən tender sənədində binanın tikintisinə dair müqavilə imzalanıb.

DGK-nın inzibati binasının hansı məbləğə başa gələcəyi dəqiq bilinmir. "Mediatv.az"ın bu barədə sorğusuna Komitədən cavab verilməyib.

Maraqlı məsələ isə odur ki, dövlət qurumlarının yeni binasının tikintisi ilə bağlı bir açıqlama verilir – bina büdcədənkənar vəsait hesabına inşa olunur. Sual edilir: Axı, dövlət qurumunun büdcədənkənar vəsaiti hardandır?

Məsələ ilə bağlı "Mediatv.az"-a danışan deputat Rüfət Quliyev deyib ki, Azərbaycanda dövlət qurumları üçün yeni inzibati binaların tikintisinə ehtiyac var. Onun sözlərinə görə, bu, paytaxtımızın görünüşünün dəyişməsinə müsbət təsir edir: “Xaricdən gələn qonaqlar, dövlət adamları, turistlər şəhərin gözəlliyinə fikir verir. Burada digər məqsəd - dövlət qurumlarını inzibati binalarını şəhərin mərkəzindən bir qədər uzaqlaşdırmaqdır. Heydər Əliyev prospektində o qədər də sıxlıq yoxdur, ərazi genişdir. Bununla həm tıxacların qarşısı alınır, həm insanların rahat hərəkəti təmin edilir, həm də paytaxtımızda müasir görünüşlü binalar inşa olunur”.

“Eyni zamanda, binalarda darısqallıq məsələsi də var. Məsələn, Gömrük Komitəsinin binası SSRİ vaxtında Kommunist Partiyasının Rayon Partiya Komitəsinin binası idi. Yəni, partiya komitəsinin binası hara, nazirlik səviyyəli bir komitənin binası hara? Burada işçi sayını, şöbələri və s. nəzərə almaq lazımdır. Görünür, Komitə üçün hazırkı bina ölçü baxımından balacadır. Ona görə də, Komitə üçün yeni binanın tikilməsini dəstəkləyirəm. Hesab edirəm ki, dövlət orqanlarının binaları mərkəzdən uzaqlaşdırılmalıdır”, - həmsöhbətimiz bildirib.

Qaldı ki, bu binaların hansı vəsait hesabına tikildiyinə, millət vəkili qeyd edib ki, bu barədə şərh verə bilməz: “Gərək, hansı dövlət qurumu bina tikirsə, buna sərf olunan vəsaitin mənbəyini də açıqlasın. Yəni, mənbə hardandır, büdcədənkənar vəsait ora necə daxil olub? Bunu məndən yox, həmin dövlət qurumundan soruşmaq lazımdır”.

“Bazar iqtisadiyyatında dövlət qurumlarının büdcədənkənar fondları yaradılır, müəyyən vəsait oraya keçirilir. Mən deyə bilmərəm, o vəsaiti kimlər keçirirlər. Məsələ burasındadır ki, nə olur-olsun, hər şey şəffaf olmalıdır. Açıqlasınlar ki, inzibati bina üçün fondumuzda filan qədər vəsait var, bu vəsait filan mənbələr hesabına təmin olunub. Yoxsa ki, kor-koranə olmaz. Fonda vəsait göydən düşmədi ki... Yaxşı olar, buna Gömrük Komitəsi tam şəkildə aydınlıq gətirsin”, - deyə R.Quliyev vurğulayıb.

Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli isə "Mediatv.az"-a deyib ki, dövlət qurumları bizneslə məşğul olmadığı üçün onların büdcədənkənar vəsaitlərinin olması da absurddur: ““Gömrük xidməti haqqı” adlı uydurulmuş ödəniş növü var. Özlərindən yaratdıqları “Gömrük xidməti haqqı” anlayışına əsasən, gömrük deklorasiyasını doldurarkən, vətəndaşdan 30 manata qədər əlavə vəsait alırlar. Bunun qanuni əsasının olub-olmadığını dəqiq bilmirəm. Amma iqtisadi baxımdan bu, absurddur. Onsuz da gömrük xidmətini dövlət göstərir. Belədirsə, o zaman hansı əsasla vətəndaşdan ayrıca gömrük xidmətinə görə haqq alınmalıdır?!”

“O zaman olardı ki, bir neçə özəl şirkət gömrük xidməti göstərərdi, xidmətinin də haqqını istəyərdi. Vətəndaşın, iş adamının başqa alternativi yoxdur ki, rüsumları Dövlət Gömrük Komitəsi vasitəsilə yox, özəl şirkətdə rəsmiləşdirsin. “Gömrük xidməti” adı altında Komitənin vəsait toplaması qanunsuz və yanlışdır. Çox güman ki, hörmətli Səfər Mehdiyev büdcədənkənar vəsait dedikdə, “Gömrük xidməti haqqı” adı ilə yığılan vəsaiti nəzərdə tutur”, - deyə ekspert bildirib.

İqtisadçının qənaətincə, bunu büdcədənkənar vəsait adlandırmaq da doğru deyil: “Sabah Milli Məclis, Nazirlər Kabineti qərar versə ki, “Gömrük xidməti haqqı” ləğv edilsin, yaxud da həmin vəsait büdcəyə köçürülsün, o zaman Gömrük Komitəsi nə deyəcək?”.

“Hesab edirəm ki, “bina büdcədənkənar vəsait hesabına tikilir, fondun vəsaiti ilə tikilir” deyilməsi, söz oyunudur. İstər Mərkəzi Bank sədri olsun, istərsə də Gömrük Komitəsinin sədri olsun, belə açıqlamalar verməklə ictimai rəyi sakitləşdirmək istəyirlər. Hər iki dövlət qurumunun istənilən qazancı büdcədənkənar ola bilməz. Çünki onların kommersiya fəaliyyəti göstərmək səlahiyyətləri yoxdur”, - deyə N.Cəfərli fikrini tamamlayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024