Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-08-2014, 18:40)
Toni Bleyer Azərbaycanın qaz işini Siciliya adalarında həll edir


Britaniyanın keçmiş baş naziri, “Şahdəniz” konsorsimununda Azərbaycan qazının Avropaya nəqli məsələləri üzrə müşavir təyin edilən Toni Bleyeri İtaliyanın Siciliya adası sahillərində görüblər.

 

"Mediatv.az" saytı xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti Toni Bleyerin ötən həftə sonu Londonda yaşayan italyan milyoner və sənayeçi, əslən Turindən olan Massimo Karellonun Siciliya sahillərində - Liparidəki dəbdəbəli villasında dincəldiyini yazıb.
Qəzet istehza ilə yazır ki, İŞİD yaraqlılarının İraq şəhərlərini ələ keçirdiyi, Qəzzada sülhü bərpa etmək üçün gərgin danışıqların getdiyi bir vaxtda Yaxın Şərq üzrə xüsusi elçi olan Toni Bleyerin bütün vaxtını bu işlərə sərf etdiyini düşünmək olardı.
“Ancaq nə böhran? Bleyer növbəti müftə və dəbdəbəli istirahətdədir” - deyə qəzet yazır.
Məqalədə bildirilir ki, Qərbin Yaxın Şərq üzrə xüsusi təmsilçisi olan T.Bleyer İtaliyanın “cənnət adaları” sahillərində xanımı Çeri ilə özünü günə verir. Ötən il o, İtaliyanın keçmiş baş naziri, vergidən yayınmaqda ittiham edilərək həbs cəzasına məhkum edilən Silvio Berluskoninin villasında qonaq olub. Bu dəfə isə keçmiş baş nazir və Azərbaycan qazının Avropaya nəqli üzrə müşavir digər varlı italiyalı sənayeçinin villasında dincəlir.
“Massimo Karello və onun qlamur xanımı Toni və Sara Bleyerləri Liparidəki dəbdəbəli villasında qonaq edir. Ər-arvad Bleyerlər Lipariyə ötən şənbə günü uşaqları Ketrin və Levlə birlikdə özəl katerlə gəliblər” - deyə məqalədə bildirilir.
Qəzet yazır ki, 66 yaşlı M.Karello Londondakı villasında yaşayır və yayda dincəlməyə Siciliya sahillərinə gəlir. Onun Toni Bleyerlə dostluğu yeni deyil. 2006-cı ildə də T.Bleyer M.Karellonun villasında dincəlmişdi.
“Bazar günü Bleyer və Karello birlikdə yaxta səyahətinə çıxıblar, onun xanımı Ceri isə italyan milyonerin xanımı ilə birlikdə Karellonun 10 milyon funt-sterlinq dəyəri olan dəbdəbəli villasında əylənib. Bir qayda olaraq Bleyer istiratlə biznesi ayırmır. Deyirlər ki, o, İtaliyada görüşlər keçirəcək və Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan TAP kəməri ətrafındakı mübahisələrlə bağlı müzakirələr aparacaq. Belə ki, İtaliyanın cənubunda kəmərin keçdiyi ərazilər ətrafında mübahisələr yaranıb və yerli əhali ətraf mühitə zərbə vuracağını əsas gətirərək kəmərin tikintisinə qarşı çıxır” - deyə “The Daily Mail” yazır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024