Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-06-2019, 15:30)
POS-terminalların işləməməsi məsələsinə nazirdən - CAVAB

 Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədovun bəzi ticarət şəbəkələrində POS-terminalların işləməməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirib.
Mediatv.az-ın xəbərinə görə, M.Cabbarov parlamentdə çıxışı zamanı qeyd edib ki, Vergilər Nazirliyi nağdsız hesablaşmalar sahəsində müvafiq qurumlarla yaxından çalışır:
“2018-ci illə müqayisədə nağd pul kütləsinin cəmi pul kütləsində çəkisi 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu rəqəm ölçü meyarı dinamikasının hansı şəkildə olduğunu aydın göstərir. 2016-cı illə müqayisədə POS-terminalların sayında 16 faiz azalma olub. Hazırda 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da ən yüksək göstərici hesab olunur”.
Nazir qeyd edib ki, POS-terminalların quraşdırılması prosesində üç tərəf iştirak edir:
“Nağdsız hesablaşmaların aparılmasında tərəflərin hansının maraqlı olduğuna baxmalıyıq.  Bilirsiniz ki, bu məsələdə sahibkarlar komissiya haqları ödəyirlər. Bu rəqəm 1,29-2,37 faiz arasında dəyişir. Bizdə tariflər yüksək deyil. Dövlət buna müdaxilə etmir. İkinci məsələ, cəzasızlıq mühitidir. Mövcud qanunvericilik POS-terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinin bəhanələr gətirməsinə əsas yaradır.
Vergilər Nazirliyi cəza məsuliyyətinin olması üçün təşəbbüslə çıxış etsə də, qurumlar arasında razılıq əldə olunmayıb. Əgər Mili Məclis təşəbbüs göstərərsə, həmin qanun layihəsini təqdim etməyə hazırıq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024