İqtisadiyyat (7-05-2019, 16:13)
SOCAR və BP-nin yeni müəssisəsinin tikintisinə gələn il başlanılacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin Əliağada (İzmir, Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni Neft-kimya kompleksinin (Aromatiklər və Saf Tereftal turşusu (PTA-Purified Terephtalic Asid) müəssisələri - “Merkuri” layihəsi) tikintisinə 2020-ci ildə başlanılması planlaşdırılır.
Report-un xəbərinə görə, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin layihə direktoru Emil Alxaslı bildirib.
Onun sözlərinə görə, müəssisənin 2023-cü ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub.
O qeyd edib ki, layihələndirmə işləri ilə bağlı tender may ayında yekunlaşacaq:
“Bir il ərzində layihələndirmə işləri bitdikdən sonra inşaat işləri həyata keçiriləcək”.
O xatırladıb ki, Aromatiklər fabrikində 830 min ton paraksilol, 400 min tona yaxın benzol, PTA zavodunda isə 1,250 mln. ton saflaşdırılmış tereftal turşusu istehsal ediləcək.
“Tereftal turşusuna Türkiyə bazarında 1 mln. ton tələbat var və bu tələbat artmaqda davam edir, bu məhsulun Türkiyə bazarının tələbatını ödəməsi gözlənilir, bundan başqa 20-25% həcmində ixrac da həyata keçirilə bilər. Benzolun isə ixrac olunması nəzərdə tutulub.
Xammal olaraq reformat və piroliz qətranı istifadə olunacaq. Reformat STAR zavodundan, piroliz qətranı “Petkim” neft-kimya kompleksindən təmin ediləcək”, - deyə E.Alxaslı bildirib.
Onun sözlərinə görə, layihənin dəyəri ilin sonuna müəyyənləşəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında BP və “SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024