Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-03-2019, 17:54)
İkiqat qazanan banklar və "günahkar" vətəndaş – Beynəlxalq Bank talananda susanlar indi niyə xəsislik edirlər?

 Dollar kreditlərinə dair Prezident fərmanının on minlərlə ailəni sevindirdiyi şəksizdir. Lakin uzun müddətdir bu qərarı gözləyənlərin təəssüf ki, heç də hamısı sevinə bilmədi. Səbəb isə hökumətin məlum sənədi hazırlayan kəsiminin, yəni əsas etibarilə Maliyyə Nazirliyi və Mərkəzi Bankın növbəti dəfə əhalinin maraqlarından daha çox bankların və öz maraqlarından çıxış etmələridir. Bunun nəticəsi olaraq, güzəştlərin yalnız 10 min dollaradək kredit götürənlərə şamil edilməsini əks etdirən sənədin ortaya qoyulması böyük sayda ölkə insanının dövlətin güzəşt siyasətindən kənarda qalmasına səbəb oldu.

Maraqlıdır ki, Konstitusiyanın eyni hüquq tanıdığı ölkə vətəndaşlarının bu şəkildə kateqoriyalara bölünməsi nədənsə başqa vaxt hüquqi dövlətdən danışan hüquqşünasların, eləcə də hökumətin iqtisadi siyasətini təftiş edən iqtisadçı-ekspertlərin “nəzərindən qaçıb”. Nədənsə heç kim 10 min dollardan artıq kredit götürüb (Bu nə cinayətdir, nə də günah-red.), evini, torpağını, bütün mal-mülkünü girov qoyan və elə həmin hökumətin yarıtmaz siyasətinin nəticəsi olaraq, ortaya çıxan iki devalvasiyanın qurbanına çevrilən digər vətəndaşların ah-naləsini görmür və eşitmir.

Əvəzində isə banklar bayram edir. “AzPolitika.info”ya daxil olan məlumata görə, məlum qərardan sonra ölkənin bir çox banklarında ziyafətlər təşkil olunub. Səbəb isə həmin qərarın birmənalı şəkildə bankların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, yeni və ucuz maliyyə mənbələrinə yiyələnmələrinə şərait yaratmasıdır. Ancaq banklardan fərqli olaraq, 10 min dollardan çox kredit götürənlər qətiyyən bayram əhval-ruhiyyəsində deyillər.

Hacı İbrahimə 1.2 milyard dolları peşkəş edənlərin əhaliyə pul verəndə “əlləri əsir”

Məsələ ondadır ki, hökumətin ölkə başçısına təqdim etdiyi bu qərarda 10 min dollardan artıq krediti olanların problemlərinin həllinə dair hər hansı eyham belə yoxdur. Sanki Azərbaycanın yox, hansısa yad ölkənin vətəndaşları olan bu insanlara bir növ “canın çıxsın, get təzə kursla ödə” deyilir. Heç olmasa, məsələn, 30 min dollar kredit götürən vətəndaşa tam məbləğ üzrə olmasa da, digərləri kimi 10 min dollarlıq hissə üzrə güzəştləri tətbiq etmək olmazdımı? Yaxud restrukturizasiya ilə bağlı müddəa, yəni borcun 5 il müddətinə 0.1 faiz kredit xətti ayırmaqla qaytarılmasını təmin etmək mümkün deyildimi?

Ancaq bunların heç biri edilmədi. Əvəzində, restrukturizasiyaya ayrılan məbləği çıxsaq, deyildiyi kimi, məzənnə dəyişməsindən dəyən ziyanın birbaşa qapadılmasına cəmi 700 milyon manata yaxın vəsait ayrılıb. Burada ziddiyyətli rəqəmlərin səsləndirildiyini də nəzərə almaq lazımdır – biri bu fərmanın 900 min, biri 800 min, digəri 450 min vətəndaşı əhatə etdiyini bildirir. Bu göstəriciləri ortalama olaraq nəzərə alsaq, görərik ki, dollar kreditilə bağlı yardım orta hesabla adam başına təxminən 800-1000 manattəşkil edir. Bu o deməkdir ki, Maliyyə Nazirliyi və Mərkəzi Bank yenə də öz yarıtmaz fəaliyyətlərinin nəticəsində baş verən devalvasiyaların ağır nəticələrini bütövlükdə ölkə iqtisadiyyatı ilə yanaşı, 10 min dollardan artıq kredit götürən adi vətəndaşların və sahibsiz sahibkarların üzərinə atmış oldu. Hansı ki, elə həmin Maliyyə Nazirliyinin rəhbərliyinin Müşahidə Şurasına rəhbərlik etdiyi və Mərkəzi Bankın nəzarət etməli olduğu Beynəlxalq Bankdan oğurlanan pulun miqdarı 700 milyon manatdan qat-qat çoxdur. Təkcə şübhəli və avantürist layihələri, açıqlamaları ilə məlum reputasiya sahibi olan Hacı İbrahim Nehrəmliyə devalvasiyadan əvvəl 850 milyon manat, yəni 1 milyard dollardan artıq kredit ayrılanda Samir Şərifovla Elman Rüstəmov harada idilər görəsən? Bu gün yalnız “Xəzər adaları” adlı avantüraya 1 milyard dollardan çox pulu silib, dənizin ortasında 3-4 sınıq-salxaq, yarımçıq bina tikilməsinə göz yuman bu “maliyyəçilərin” indi əhalinin kredit probleminin normal həllinə pul ayıranda nədən əlləri əsir? Nədən güzəşt qərarına aid maliyyə vəsaitini mümkün qədər azaldaraq, özlərini ölkə başçısına “şirin salmağa” və problemin miqyasını kiçik göstərməyə çalışan maliyyə sisteminin bu “qara yaraları” Beynəlxalq Bank aşsüzənə döndəriləndə dillərini haradasa gizlətmişdilər?

Və bir də haşiyə çıxaraq, xatırlatmaq istərdik ki, hörmətli maliyyə naziri Samir Şərifovvaxtilə dollar kreditləri probleminin həlli ilə bağlı suala cavab verərkən, hər hansı güzəştin maliyyə intizamının pozulmasına gətirib çıxaracağını demişdi. Lakin Prezidentin fərmanı imzalanandan bir qədər sonra AzTV-nin “Günün nəbzi” proqramına danışan nazir tamam fərqli ampluada idi. S.Şərifov bir saat ərzində yersiz əl-qol hərəkətləri, səbəbsiz gülüşlər, göz deşən özündərazılıqla elə bir görüntü verirdi ki, sanki, şəxsi büdcəsindən hərənin cibinə bir 1000 dollar cibxərcliyi basıb. Ancaq həmin verilişdə də nə o 10 min dollardan yuxarı kredit götürmüş fiziki şəxslərin hansı günahın yiyələri olduğu haqda bir söz dedi, nə də jurnalist bu haqda sual verdi.

Yenə qazanan banklar oldu

Mərkəzi Bankın icraçı direktoru Rəşad Orucov isə 10 min dollardan çox kredit götürənlərlə bağlı suala cavab olaraq bildirib ki, təhlillər nəticəsində problemli kreditlərin95 faizinin 10 min dollardan aşağı məbləğdə olduğu müəyyən edilib. Yəni belə çıxır ki, qalan 5 faiz vətəndaş itsə də, batsa da olar. Onu da xüsusi vurğulayaq ki, digər 95 faizdən fərqli olaraq, məhz 10 min dollardan yuxarı kredit götürənlər banklara evlərini, olan-qalanlarını girov qoyublar və onların böyük bir qismi də artıq ev-eşiklərindən məhrum ediliblər. Yəni 10 min dollardan artıq krediti olan sıravi vətəndaşların və sahibkarların boynuna keçirilən iplər onsuz da bankların əlindədir. Ancaq nədənsə hökumət bu insanları bankların boyunduruğundan azad etmək istəmir. Hansı ki, əgər doğrudan da R.Orucovun dediyi kimidirsə, 95 faizin problemini həll edən hökumət, nədən 5 faizin problemi qarşısında aciz qalmalıdır ki? Əvvəldə qeyd etdiyimiz kimi, heç olmasa borcun 10 min dollarlıq hisssəsinə güzəşt edilə, yaxud restrukturizasiya şamil oluna bilməzdimi?

Elə Elman Rüstəmovun özü son açıqlamaları ilə təsdiqlədi ki, vətəndaşla dövlət arasındakı narazılığın kökündə məhz məmurların şəxsi maraqları durur. Telekanalların birinə müsahibə verən Mərkəzi Bankın rəhbəri deyib: “Prezident İlham Əliyev bildirdi ki, dövlət borc yükünü tam üzərinə götürməlidir… Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır, lakin dövlət başçısı dedi ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil. Yəni bu problemə maliyyə baxımından yanaşsaq bu sosial deyil, iqtisadi layihə olur. Sosial ədalət prinsipi tam şəkildə reallaşmalıdır…”

Yaxşı, burada aydın olmayan nə qalır? Əgər ölkə başçısı şəxsən bunları deyibsə, əhalini “10 min dollara qədər” və “10 min dollardan artıq” kredit borcu olmaqla təbəqələrə bölmək hansı beyinin məhsuludur? “Problemli kreditlər məsələsində maliyyə önəmli deyil” ifadəsi bu güzəştlərin bütün devalvasiya qurbanlarına şamil edilməsi mənasını daşımırmı? Əlbəttə ki, buraya Beynəlxalq Bank və digər banklardan məmurların və Hacı İbrahim kimilərin kredit adı altında oğurladıqları vəsaitləri aid etmək olmaz. Zatən E.Rüstəmov da kimin haradan nə “çaldığını” hamıdan gözəl bilir və bilir ki, hansısa xəstəsinin probleminin həlli, yaxud biznesi üçün 10 min dollardan artıq məbləğdə kredit götürən çoxlu sayda günahsız vətəndaş var. Ancaq nədənsə, bu adamlar güzəşt olunacaq müştərilərin siyahısına salınmırlar. Sual olunur – NİYƏ?

Əvəzində, Mərkəzi Bank və Maliyyə nazirliklərinin rəhbərliklərinin istədikləri oldu. Həmin E.Rüstəmov deyir, daha doğrusu etiraf edir: “Bank sektoru prezidentin son fərmanından ikiqat qazanacaq. Bir tərəfdən banklar sağlamlaşacaq, xüsusilə kapital baxımından ciddi dəstək alacaqlar, aktivlərindəki problemli hissəni azaldacaqlar, digər tərəfdən onlar uzunmüddətli kreditləşmə üçün ucuz maliyyə resursları əldə edəcəklər”. Əlavə şərhə ehtiyac qalırmı? Bu, heç dolayısı ilə də deyil, birbaşa olaraq onun sübutudur ki, məlum iri çaplı məmurlar bu xeyirli təşəbbüsü də özlərinin maraqlarına uyğun istiqamətə yönəltməyi bacardılar. Hamı bilir ki, Azərbaycanın bank sektoru məlum məmur-oliqarxlara aid ailələrin nəzarətindədir. Elə həmin E.Rüstəmovun özünün “Bank Respublika”nın gerçək sahibi olduğunu bank sektorunda bilməyən, danışmayan yoxdur. Belə olan təqdirdə, “bank sektoru bu fərmandan ikiqat(!) qazanacaq” deyən Mərkəzi Bank rəhbərindən daha nə gözləyəsən?

Sonda vətəndaşa yalnız bu fərmanın davamını gözləmək qalır. Vətəndaş yenə ümid edir ki, bu ayrıseçkiliyə son qoyulacaq, güzəştlər bütün devalvasiya qurbanlarına şamil olunacaq. Yoxsa belə çıxır ki, məlum fərmandan da ən çox qazanan vətəndaşlar yox, onları uzun illərdir çapıb-talayan banklar və bu bankların arxasında duranlar olacaq…/azpolitika.info/ шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024