İqtisadiyyat (27-02-2019, 12:00)
Bakıda keçiriləcək “OPEC+” toplantısının detalları - Nazir açıqladı
“OPEC+”un Bakıda keçiriləcək toplantısının nəticələri qeyri-müəyyən ola bilər.
Bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak “Gazeta.ru”ya verdiyi müsahibədə bildirib.
A.Novak “OPEC+”un Bakıdakı toplantısının detalları barədə danışıb:
“Bakıda martın ikinci yarısından etibarən monitorinq komitəsi fəaliyyətə başlayacaq. Komitə sövdələşmənin yerinə yetirilməsinə nəzarət edəcək, hər 25 dövlətin nazirlərinin iştirak edəcəyi toplantı üçün tövsiyələr hazırlayacaq. Adətən, belə tədbirlərdə nazirlər səviyyəsində 5-dən 10-a qədər nümayəndə iştirak edir.
Biz sövdələşmənin tələblərinin yanvar və fevral ayı ərzində icrası ilə bağlı texniki komitələrin hazırladığı hesabatları dinləyəcəyik, həmçinin, bazardakı cari vəziyyəti və ilk yarımil ərzində və ikinci yarımil üçün inkişaf proqnozlarını, o cümlədən, tələb-təklif balansını qiymətləndirəcəyik”, -deyə nazir bildirib.
Novak bəzi faktorlara görə görüşdə qəbul oluna biləcək qərarlarla bağlı proqnozlar verməkdə çətinlik çəkib:
“Hazırda mən qəbul oluna biləcək qərarlarla bağlı gümanlar irəli sürməzdim. Xüsusilə bu və ya digər dövlətlərin hər hansı addımının gözlənilməz faktorlara təsiri nəzərə alınmalıdır. Məsələn, İrana qarşı sanksiyalar, Vensuelaya qarşı sanksiyalar, hansısa başqa bəyanatlar və s.”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024