Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-05-2018, 15:09)
May ayının ilk hərracı keçirili

May ayının ilk hərracı keçirili

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən may ayının ilk hərracı keçirilib. Budəfəki özəlləşmə prosesində də investorların aktivliyi müşahidə edilib. Qeyd edilməlidir ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda yaradılan imkanlar genişləndirilir. Hərracların tam olaraq elektronlaşdırılması, sifarişlərin elektron qaydada verilməsi, Elektron hərraclar vasitəsilə onlayn olaraq əmlakın özəlləşdirilməsi investor marağını daha da artırıb. Hərrac günü prosesi virtual olarq izləmək imkanı isə gələcəkdə hərraca qatılmaqla bağlı investorun optimal qərar qəbul etməsinə şərait yaradır. Hər həftə baş tutan hərraclara paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin çıxarılması da prosesə investor marağını yüksəldir. Özəlləşməyə çıxarılan əmlakların profillərinin müxtəlif iqtisadi sahələrə aid olması investorların seçim imkanını artırmaqla onların istədiyi biznes layihələrinin reallaşmasına şərait yaradır.

Qeyd edilməlidir ki, hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən əksər müəssisələr özəlləşmə prosesinin nəticəsidir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar. Ölkənin turizm potensialının artmasına imkan verən mehmanxanalar, vətəndaşların istirahətini təmin edən ictimai iaşə obyektləri, aqrar sahənin inkişafına təkan verən kənd təsərrüfatı məhsullarının emalı müəssisələri, səhiyyə ocaqları özəlləşdirildikdən sonra fəaliyyətini bərpa edərək iqtisadi aktivliyin artmasına şərait yaradır. Özəlləşdirilmə sayəsində belə müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, istehsal gücü artırılıb. Həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.

Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 9 qeyri-yaşayış sahəsi, 2 yarımçıq tikili, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 yarımçıq tikili özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsii Bakının Xəzər rayonunda yerləşən 8 saylı mağazadır. Sahibkar investisiya yatırmaqla həmin obyektdə ərzaq mallarının pərakəndə satışını həyata keçirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxındır.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Nəsimi, Yasamal və Qaradağ rayonlarında yerləşir. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Gəncə, Göyçay, Bərdə şəhərlərindədir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Göyçayda yerləşən, ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Özəlləşən nəqliyyat vasitələrinin markaları isə müxtəlif olub. Avropa istehsalı olan maşınlar üstünlük təşkil edib. Buraxılış tarixləri isə 2006-2008-ci illərə aiddir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib və onların səhmləri özəlləşdirilmişdir

Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 8-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək 178 əmlak çıxarılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024