Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-04-2018, 12:49)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı keçirilib

 

Azərbaycanda özəl sektorun inkişafı ölkənin iqtisadi inkişafında başlıca faktora çevrilir. İqtisadiyyatda özəl sferanın xüsusi çəkisini artırmağa imkan verən, özəlləşmə prosesinin sürətlənməsini təmin edən hərraclar isə davam etdirilir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Elektron hərracların tətbiqi özəlləşmədə aktivliyi daha da yüksəldərək investor marağını daha da artırır. Belə ki, alıcılar onlayn hərraca qoşulmaq imkanından yararlanırlar.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 3 aprel tarixində keçirilib. Alıcıların hərraclarda aktivliyi prosesi daha da rəqabətli edib. Belə ki, Tofaş markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət ilkin start qiyməti 1500 manat olan həmin avtomobil ən son 2300 manata özəlləşdirilib.

Budəfəki hərracda da rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Gəncə şəhərinin mərkəzində yerləşən ümumi faydalı sahəsi 200 kv.m-dən çox olan qeyri-yaşayış sahəsinin hərracına alıcı onlayn şəkildə qatılıb.

Qeyd edilməlidir ki, budəfəki hərracda 5 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Qaradağ, Suraxanı rayonlarında, regionlar üzrə isə Ağcabədi, Astara, Salyan bölgələrində yerləşir. Həmin əmlaklar isə xidmət, təmir sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 61,6 kv.m olan Bakının Suraxanı rayonunda yerləşən “Azərbaycan xörəkləri” kafesinin anbarı və Salyan rayonundakı Yeməkxana binası iaşə obyekti kimi gələn qonaqlara xidmət göstərə bilər.

Bundan başqa özəlləşən Ağcabədidə olan 46 saylı SMD-nin klub binası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 200 kv.m-dən çox, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.

Təmir sahəsində əlverişli olan 6 saylı texniki xidmət emalatxanası da sahibi üçün əlverişli ola bilər. Ağcabədi rayonun Səməd Vurğun küçəsində yerləşən əmlakın ümumi faydalı sahəsi 131,1 kv.m, torpaq sahəsi isə 1143 kv.m təşkil edir. Həmin əmlakın torpaq sahəsinin kifayət qədər geniş olması obyektin dəyərliliyini artırmaqla yanaşı edilən fəaliyyətin uğurlu olmasına imkan verir.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 2-si Bakının Nizami, Yasamal rayonlarında, digərləri isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Yasamal rayonunda yerləşən, ümumi faydalı sahəsi 30 kv.m-ə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nizami rayonunda yerləşən ümumi faydalı sahəsi 20 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Qeyd edilməlidir ki, hərracda müxtəlif iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri də özəlləşdirilir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Qeyd edilməlidir ki, Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024