Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-03-2018, 10:32)
Əmlak Məsələləri Dövlət Komitəsində Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüş olub

Əmlak Məsələləri Dövlət Komitəsində Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüş olub

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi çərçivəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsinin aparılmasıdır. Eyni zamanda bu istiqamətdə reallaşacaq birgə layihələrdə iştirak, qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi də görüşün əsas vəzifələrindəndir.

Nümayəndə heyətini səmimi salamladıqdan sonra Komitə sədri əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Komitə sədri bu genişmiqyaslı islahatların, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarəedilməsi, daşınmaz əmlak idarəçiliyi sahələrinin ölkə üçün aktuallığını qeyd edib.

Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq əlaqələrindən, habelə daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamətlərdəndir. Özəlləşdirilmə prosesinin sürətləndirilməsi isə mövcud iqtisadi inkişafın dinamikliyini təmin edir. Bu istiqamətdə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edilir, elektron xidmətlərin sayı genişləndirilməklə əlçatanlıq artırılır, prosedurlar sadələşdirilir.

Bildirilib ki, özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar keçirilir. Bu sahədə innovativ layihələrindən biri olan, funskionallığı ilə seçilən elektron hərracların tətbiqi də Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı oldu. Sistem dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Özəlləşməyə müxtəlif iqtisadi sahələri əhatə edən səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, eləcədə nəqliyyat vasitələri çıxarılır. Qeyd edilib ki, əmlaklara investorların cəlb edilməsi, yatırılan sərmayənin həcminin artırılması, özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, o cümlədən bu sahədə şəffaflığın və çevikliyin təmin edilməsi məqsədilə “Özəlləşdirmə portalı” da fəaliyyət göstərir. Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb.

Komitə sədri xarici dövlətləri təmsil edən, o cümlədən Türkiyədən olan potensial investorların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində fəal iştirakı üçün ölkədə münbit investisiya mühitinin olduğunu da vurğulayıb.

Qeyd edilib ki, Türkiyə-Azərbaycan İş Şurası 1991-ci ildə Avrasiya İş Şuraları çərçivəsində təsis edilib. Şura iki ölkə arasında regional iqtisadi və sosial əməkdaşlığı gücləndirmək üçün “əkiz şəhərlər” yanaşması üzrə əlaqələrin qurulması fəaliyyətini həyata keçirir. Məqsəd Türkiyə və Azərbaycandan olan özəl şirkətlər və iş adamlarını toplamaqla ölkə iqtisadiyyatının inkişafını, eləcədə hər iki ölkədən olan investorlar arasında iqtisadi əlaqələrin qurulmasını təmin etməkdir.

İkitərəfli görüş səmimi dostluq və mehribanlıq şəraitində keçib. Görüşdə Türkiyənin və Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024