İqtisadiyyat (17-02-2018, 10:00)
Təqaüdlərin təyin edilməsində yeni qayda
Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edib.
Mediatv.az-ın məlumatına görə, dəyişikliyə əsasən bu Qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərlə bərabər bundan sonra sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasını da əhatə edəcək.
Bununla əlaqədar Qaydaların da adı dəyişdirilib və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları" adlandırılıb. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq.