Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-10-2017, 19:00)
BP-nin regional prezidenti Azərbaycanı regional enerji mənbəyinə çevirəcək amilləri açıqladı

BP-nin regional prezidenti Azərbaycanı regional enerji mənbəyinə çevirəcək amilləri açıqladı

 

“Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək, böyümək potensialına malikdirmi? Cavab birmənalı olaraq “bəli”dir. Mən çox şadam ki, BP bu prosesdə böyük rol oynayır”.

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017”-də çıxışı zamanı bildirib.

“3 misal çəkmək istəyirəm. Birincisi, 2013-cü ilin dekabr ayında “Şahdəniz-2” layihəsi üçün BP-SOCAR-Şahdəniz konsorsiumundakı tərəfdaşlarımız tərəfindən verilən yekun investisiya qərarı Cənub Qaz Dəhlizinin inşası üçün yol açdı. Ümumi investisiya portfelinin dəyəri 40 mlrd. dollardır. Beynəlxalq miqyaslı layihə Xəzərdəki təbii qaz ehtiyatlarını Avropa bazarlarına çıxaracaq və ilk dəfə olaraq bu bazarlar arasında birbaşa əlaqə yaranacaq. İkincisi, BP və onun Azəri-Çıraq-Günəşli konsorsiumundakı tərəfdaşlarının bu yaxınlarda imzaladığı "Əsrin müqaviləsi" Azərbaycanın neft infrastrukturuna qoyulacaq böyük investisiyaların növbəti dalğasına rəvac verəcək. Üçüncüsü, SOCAR və BP arasında imzalanmış sazişlər çərçivəsində həyata keçirilən  Abşeron yarımadasının dayazsulu hissəsində layihələr aşkar edilmiş neft və qaz ehtiyatları yeni bir səhifə aça və nəhəng regional neft-qaz infrastrukturu üçün təchizat mənbəyi ola bilər. Qısası, Azərbaycanda bu potensial var”, - deyə o vurğulayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024