İqtisadiyyat (14-08-2017, 11:11)
Azərbaycan viza alınmasının ən sadələşdirilmiş proseduru olan ölkə seçildi
Azərbaycan vizanın alınmasının ən sadələşdirilmiş proseduru olan 5 ölkə arasında birinci yerdədir.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Wanderlust" jurnalı yazıb.
Jurnalda qeyd edilir ki, Azərbaycanda vizaların verilməsinin elektron sisteminə keçiddən sonra vizanın verilmə vaxtı və qiyməti əhəmiyyətli dərəcədə azalıb.
Nəşrdə qeyd edilir ki, ölkə hökuməti tərəfindən atılan addımlardan sonra vizaların verilməsi prosesi əhəmiyyətli dərəcədə sadələşdi və cəmi bir neçə gün vaxt aparır.
İkinci yeri vizaların verilməsinin elektron sisteminə keçiddən sonra Kamboca tutub.
Üçüncü yeridə Şri-Lankadır. Bu ölkədə vizanın alınması prosesi 24 saatdan az vaxt alır.
Şri-lankadan sonra Tacikistan gəlir. Keçmiş sovet ölkəsi keçən il vizaların verilməsinin elektron formasına keçib.
Bildirilir ki, indi Tacikistana girişə icazəsinin alınması üçün yalnız pasportun surəti tələb olunur.
Sadələşdirilmiş viza proseduru olan ölkələrin TOP-5-ində son yeri Vyetnam tutur. Bu ölkəyə vizanın alınması prosesi maksimumu üç gün tutur və online-sistemin vasitəçiliyi ilə həyata keçirilir.