İqtisadiyyat (4-08-2017, 11:46)
Virtual karabakhyuxarı Bank sektorunun mənfəəti azalıb, depozitlərin həcmi isə artıb
İyul ayının 1-nə ölkədə fəaliyyət göstərən 31 bankın cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.
Mediatv.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 4,5% azalıb.
Müştərilərə verilmiş kreditlərin həcmi 13 462,1 mln. manat olub. Bu da bank aktivlərinin 44,8%-i deməkdir.
Hesabat dövründə bankların öhdəlikləri 27,322.9 mln. manat olub. Depozit portfeli 16 687,2 mln. manat təşkil edib. Bunun 6 880,7 mln. manatını fiziki şəxslərin depozitləri, 9 806,5 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 7,4% azalıb, şirkətlərin vəsaitləri isə 9,2% artıb.
Yanvar-iyun aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi 647,47 mln. manata olub. Bu da 61,8% azalma deməkdir.
Bankların xalis mənfəəti 84.9 milyon manat təşkil edib. Halbuki yanvar-may ayları üzrə mənfəət göstəricisi 178,2 mln. manat olub.