İqtisadiyyat (13-04-2017, 07:27)
Bank-müştəri problemlərinin məhkəmdən kənar yolları mexanizmi aranır - RÜFƏT ASLANLI
Hazırda bank rəhbərləri ilə bank-müştəri probleminin məhkəmədən kənar həlli mexanizmi yollarının tapılması istiqamətində müzakirələr gedir.
Mediatv.az xəbər verir ki, bunu Maliyyə Bazarların Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, banklarla müştərilər arasında problemlərin məhkəməyə getmədən həlli yollları ilə bağlı beynəlxalq təcrübə var.
“Bu təcrübə keçən əsrin 70-ci illərində ilk dəfə Londnda istifadə olunub. Bundan daha sonra Cənub-Şərqi Asiyada və daha sonra Türkiyədə istifadə olunub. Odur ki, bunlar “London yanaşması”, “İstanbul prosesi” adını alıb. Biz də istəyirik ki, Azərbaycanda da belə bir yanaşma metodu olsun. Ona görə də bankirlərlə söhbət aparırıq ki, bəlkə biz də bir yeni “Bakı yanaşma”sı müəyyənləşdirək. Hansı ki, bu yanaşma nəticəsində bank-müştəri arasındakı problem məhkəmədən kənar həllini tapsın”– deyə, R. Aslanlı vurğulayıb.
Palata sədri əlavə edib ki, o, hər ay bank rəhbərləri ilə hər ay qapalı görüş keçirir.
“Və sonuncu belə qapalı görüş martın 14-də keçirilib. Bu görüşdə səmimi , qeyri-rəsmi formatda bank sektorundakı problemləri müzakirə edirik. Bizim onlardan istəyimiz, onların bizdən istəyi və sair məsələlər müzakirə olundu. Bu görüşlərdə eyni zamanda, bank-müştəri problemlərinin məhkəməyə getmədən həlli yolları istiqamətində mütəmadi fikir mübadiləsi aparırıq ki, bu müzakirələrin yekunu olaraq bir həll yolunu tapaq. Bununla bağlı bir ekspert qrupunun yaradılması təklifi də var ortada. Ümid edirəm ki, biz bu müzakirələrin yekunu olaraq bank-müştəri probleminin məhkəməyə gedilmədən həlli yolunu tapacağıq”- deyə, o, bildirib.
Palata sədri eyi zamanda, bank sahiblərinə cəmiyyətdə itən etimadlarının bərpa edilməsini təklif edib:
“Bir daha banklara səslənərək deyirəm ki, ictimai etimadınızı bərpa edin. Əks təqdirdə, hansısa uğura nail ola bilməyəcəksiniz. Çünki krediti qaytara bilməyən müştərinin üzərinə getməklə hər hansı məsələni həll etmək olmur. Odur ki, bank rəhbərləri bank-müştəri problemini məhkəməyə getmədən həlli yollarını tapıb, bu problemi həll etməlidirlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024