Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-02-2017, 21:13)
Azərbaycanın neft gəlirləri 21% artıb

Azərbaycanın ümumi ixracının 82,49%-i neftin hesabına düşür.

Mediatv.az:  Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik məlumatlarda bildirilir ki, cari ilin yanvar ayında 663 mln. 768,37 mln. dollar dəyərində 1 mln. 652 min 458,12 ton xam neft ixrac olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın neft ixracından gəlirləri 21,27% artıb. Hərçənd ixrac olunan neftin həcmi 17% azalıb.

Ötən ay 57 min 721,32 ton neft məhsulları (710 mal kodu üzrə) ixrac olunub. İxrac olunan məhsulların ümumi dəyəri 21 mln. 573,94 min dollardır. İxrac olunan neft məhsullarının həcmi 64% azaldığı halda, dəyər 31% azalıb. Neft məhsullarının ümumi ixracda payı 2,68% olub.

Yanvarda Azərbaycandan ümumi həcmi 209 mln. 79,77 min kubmetr, dəyəri isə 26 mln. 988,55 min dollar olan təbii qaz ixrac olunub. İxrac olunan təbii qazın həcmi 6,7 dəfə, dəyəri isə 15,4 dəfə artıb. Təbii qazın ixracda payı 3,35%-dir.

Beləliklə, yanvarda neft məhsullarının ümumi ixracda payı 88,52% təşkil edib.

Ümumilikdə, yanvarda Azərbaycandan 804 mln. 627,99 min dollarlıq mal ixrac olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 25,71% çoxdur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024