Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-02-2017, 15:16)
“Bir ayda 604 milyon dollar əmanət və depozit bank sistemini tərk edib” - NEMƏT ƏLİYEV

iqtisadçı-ekspert Nemət Əliyev

 

“Bir ay ərzində daha 604 milyon dollar əmanət və depozit bank sistemindən kənara çıxarılıb”.

Mediatv.az xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

İqtisadçının sözlərinə görə, banklardan kənar maliyyə axınının qarşısını almaq çətinləşib.

N.Əliyevə görə, əhalinin banklarda “dollarla” saxladığı əmanətlərin həcmi arxada qoyduğumuz ilin sonuncu ayında 216 milyon dollar azalıb: “Dekabrda maliyyə və qeyri-maliyyə təşkilatlarının xarici valyutada saxladığı depozitlərin həcmi isə 277 milyon dollar düşüb. Bu dövrdə “manatla” saxlanan əmanət və depozitlərin ümumi həcmində də 72 milyon manat azalma qeydə alınıb.

Ümumiləşdirmə aparıb dollarla ifadə etsək, məlum olar ki, bir ayda 604 milyon dollar məbləğində əmanət və depozit bank sistemini tərk edib”.

İqtisadçının fikrindən aydın olur ki, maliyyə-resurs imkanlarının daralması səbəbiylə bankların vəziyyəti dekabrda daha da pisləşib.

“Böhranın durdurulmasına dair verilən rəsmi anonslara inanmalı olsaydıq, gərək əksi olaydı, depozit və əmanətlərin həcmi artaydı. Lakin faktlar rəsmi anonsların əksini, yəni “pisləşməni” təsdiq edir. Təsdiq edir ki, bank əmanətləri son bir ildə 1,9 milyard dollar, son iki ildə 5 milyard dollar azalaraq 4,2 milyarda düşüb”- deyə N.Əliyev vurğulayır.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024