Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-09-2016, 09:45)
Banklar əmanətlərini sürətlə itirir

 Banklar əmanətlərini sürətlə itirir

 

Ekspertlər bildirirlər ki, avqust-sentyabr aylarında həyata keçirilmiş “qara bazar” əməliyyatı banklara etimadı tam sarsıdıb

 

Mediatv.az:  Ciddi problemləri olan bankların əmanətləri də azalmaqdadır. Banklar əmanətləri itirir. Ekspertlər bildirirlər ki, azalma getdikcə davam edəcək. Mərkəzi Bankın məlumatına əsasən, iyul ayı ərzində banklardan 118 milyon dollardan çox əmanət çıxarılıb. Belə ki, iyulun 1-nə banklarda 7815,6 milyon manat, avqustun 1-nə isə 7843,8 milyon manat əmanət qeydə alınıb. “İlk baxışdan əmanətlərin həcmi 28,2 milyon manat artıb. 
 
Lakin əmanətlərin böyük hissəsi dollardadır. İyul ayı ərzində isə dollar 1,5425-dən 1,5851-dək bahalaşıb, manat devalvasiyaya məruz qalıb. «Buna görə də əgər iyulun 1-də banklarda 5066,8 milyon dollar əmanət olubsa, avqustun 1-nə 4948,4 milyon dollar qalıb. Yəni fərq 118 milyondan çoxdur”deyə, ekspert Əkrəm Həsənov rəqəmləri şərh edərkən bildirib. Onun sözlərinə görə, azalmanın bundan sonra da davam edəcəyini proqnozlaşdırır: “Bank sisteminə etimad azalır. Avqust-sentyabr aylarında həyata keçirilmiş ”qara bazar" əməliyyatı etimadı isə tam sarsıtdı, buna görə də proses daha da sürətlənə bilər. Təsadüfi deyil ki, məhz bu anda SOCAR istiqraz satmaq fikrinə düşdü. Məqsəd bankların itirdiyi pullara sahib çıxmaqdır".
Əkrəm Həsənov musavat.com-a bildirib ki, bu prosesdə elə ay yoxdur ki, əmanətlər azalmasın: “Bu da banklara etimadın azalması ilə bağlıdır. Həm də əhalinin gəlirləri azalır və pula ehtiyac yaranır. Əhali pulunu lazım olduğu, ehtiyac olduğu üçün bankdan çıxarır. Digər tərəfdən, bu il ərzində 10 bank bağlanıb. Həmin bankların sığortalanmış əmanətlərini Əmanətlərin Sığortalanması Fondu qaytarır. Bunu xüsusilə qeyd etmək lazımdır. Bu sahədə dövlət əlindən gələni etdi ki, azı Əmanətlərin Sığortalanması Fonduna etimad olsun. Amma sığortalanmamış əmanətlər də çox oldu və onlar qaytarılmadı, faktiki batdı. Bu da əhalinin diqqətini çəkdi. Təəssüf ki, bəzi banklar da var ki, onlar fəaliyyətdə ola-ola əmanətlərini qaytarmırlar və yaxud dollar əmanətini Mərkəzi Bankın kursu ilə qaytarırlar. Bu da faktiki əmanətlərin qaytarmamasıdır. Dövlət elə banklara qarşı təəssüf ki, tədbirlər görmür. 
Hətta ”Bank Standart"ı götürsək, dövlət elan etdi ki, onu sağlamlaşdırır. Amma sağlamlaşdırılsa da, o, əmanətləri qaytarmır. Bütün bunlar əhalidə belə bir fikir yaradıb ki, bəli, Əmanətlərin Sığortalanması Fondu var, amma yaxşı fəaliyyət göstərmir. Buna görə əhali düşünür ki, növbəti banklar da bağlana bilər. Mütləq də bağlanacaq. Əhalidə qorxu var ki, bu banklar bağlansa, sığortalanmış əmanətləri də qaytarmayacaqlar. Dövlət orqanları işlərini tam görmürlər. Əhalinin etimadını tam bərpa etmək istəyirlərsə, buna görə  Əmanətlərin Sığortalanması Fondu bağlanan banklardakı sığortalanmış əmanətləri qaytarırsa, elə etməlidir ki, fəaliyyətdə ola-ola əmanəti qaytarmayan bank olmasın".
Qeyd edək ki, 2016-cı il avqustun 1-nə əhalinin bank əmanətləri 7 milyard 843,8 milyon manat olub. İyul ayında isə əksinə, banklarda əmanətlərin 0,4 faiz artımı müşahidə olunub. 2015-ci ilin sonuna əhalinin bank əmanətləri 9 milyard 473,9 milyon manat təşkil edib. Beləliklə, 2016-cı ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri 1 milyard 630 milyon və ya 17,2 faiz azalıb. Cari ilin iyul ayında əhalinin əmanətlərində artım müşahidə olunub. Xüsusilə hesabat aylarında əhalinin bank əmanətləri 28,2 milyon manat və ya 0,36 faiz artıb. 2015-ci ildə Azərbaycanda əhalinin bank əmanətləri manatın iki dəfə devalvasiyası nəticəsində 33,6 faiz artıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024