İqtisadiyyat (2-02-2017, 14:12)
Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənildi - 724 MİLYON MANAT
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Mediatv.az-a Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 723,976 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,135 mln. manat, “Zaminbank” ASC – 53,383 mln. manat, “Kredobank” ASC – 27,77 mln. manat, “Dekabank” ASC – 3,086 mln. manat, “Atrabank” ASC – 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,161 mln. manat, “Gəncəbank” ASC – 976 min manat, “Texnikabank” ASC – 120,397 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 434,823 mln. manat kompensasiya alıblar.