Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-10-2016, 09:41)
Beş aylıq maksimumu yeniləyən neft yenidən ucuzlaşır

Oil-Industry neft

Dünya bazarında neft ucuzlaşıb.

Mediatv.az  “APA-Economics”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 49,50 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar azalaraq 51,52 dollar olub.
Maraqlıdır ki, ötən gün ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, bu ölkədə “qara qızıl” ehtiyatı növbəti dəfə azalma nümayiş etdirib. Beləliklə, ABŞ-ın neft ehtiyatları artıq 5 həftədir azalır. Nazirliyin rəqəmləri göstərir ki, ABŞ-da neft ehtiyatlarının həcmi 2,98 mln. barrel azalaraq 499,740 mln. barrelə çatıb. Halbuki, “S&P Global Platts” tərəfindən keçirilən sorğunun iştirakçıları ehtiyatların 2 mln. barrel artacağını proqnozlaşdırıb. Yeri gəlmişkən, ABŞ-ın neft ehtiyatlarının həcmi cari ilin yanvar ayından etibarən ilk dəfə 500 mln. barrel səviyyəsindən aşağı enib.
Bu statistika açıqlanandan sonra Brent markalı neftin 1 barrelinin qiyməti iyun ayının 10-dan etibarən ilk dəfə 52 dollar həddini aşıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024