Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-09-2016, 12:17)
İpoteka Fondunun kapitalı planlaşdırılandan 9 mln. manat az olub

76c800c9c213e24f03a0c8558ac72923_XL

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Mərkəzi Bank nəzdində fəaliyyət göstərmiş İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ilə əlaqədar olaraq, fondun hər birinin nominal dəyəri 1 manat olan 307 mln. 238 min 671 ədəd adi səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.

Mediatv.az xəbər verir ki, Palatadan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bundan öncə “Azərbaycan İpoteka Fondu” ASC kapitallaşma həyata keçirməyi planlaşdırıb. Cari ilin martın 3-də “APA-Economics” xəbər verib ki, bu, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində öz əksini tapıb.
Belə ki, bu il ASC-nin nizamnamə kapitalı 50 mln. manat artmalı idi. “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, 2005-2015-ci illər ərzində dövlət büdcəsindən Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilib.
Martın 3-ə fondun nizamnamə kapitalının 266 mln. manat olduğunu nəzərə alsaq, ASC-nin kapitalının 316 mln. manata çatdırılması nəzərdə tutulmuşdu.

Lakin MBNP-nin dövlət qeydiyyatına aldığı səhm emissiyasından görünür ki, ASC-nin nizamnamə kapitalı 307 mln. 238 min 671 min manatdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024