İqtisadiyyat (11-09-2016, 13:29)
“Petkim” bazar payını 30%-ə çatdırmağı hədəfləyir
Qatı məhsullarda isə ixracatın ağırlığını Aşağı Sıxlıqlı Polietilen (AYPE) məhsulu təşkil edir
Mediatv.az xəbər verir ki, əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olan “Petkim” Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısı olaraq, daxili bazarda təxminən 20%-lik bazar payına malikdir.
“Report” xəbər verir ki, “Petkim”in hədəfi bazar payını 2023-cü ildə 30 faiz səviyyəsinə, illik ümumi istehsal tutumunu isə 6 mln. tona çıxarmaqdır.
2015-ci ildə təxminən 40 ölkəyə 484,2 milyon dollar ixracat reallaşdıran “Petkim” “İlk 1000 ixracatçı Firma” siyahısında 19-cu sırada, Kimyəvi Maddələr və Onlardan Hazırlanan Məmulatlar sektoru sıralamasında isə 3-cü sırada yer alıb.
İxracatda əsas yeri çox qiymətli kimyəvi maddələr olmasına baxmayaraq Türkiyədə istehlakı olmayan Benzen, C4, Paraksilen, Py-Gas kimi maye məhsullar təşkil edir. Qatı məhsullarda isə ixracatın ağırlığını Aşağı Sıxlıqlı Polietilen (AYPE) məhsulu təşkil edir. Polipropilen (PP) və Polivinil Xlorid (PVC) kimi qatı məhsulları də ixrac edilir.
Qeyd edək ki, 2014-ci ilin dekabr ayında çox əhəmiyyətli iki investisiya layihəsi həyata keçirilib. Bunlar Etilen və PTA fabriklərinin tutum artımlarıdır. Bunun nəticəsində da istehsal tutumu 13 faiz nisbətində artırılıb.