Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (25-07-2016, 13:24)
“Qarşıda Azərbaycan iqtisadiyyatını çətin günlər gösləyir…” – İqtisadçıdan banklarla bağlı təhlükəli proqnoz

samir eliyev-1

"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun əvvəlindən başlayaraq banklarda yoxlamala başlayanda bunun nəticəsinin bəzi banklar üçün ağrılı olacağını güman edilirdi. Palatanın bəzi banklara kapitalı müxtəlif səviyyədə artırmaq tələbi sərt addımların atılacağından xəbər verirdi. Palatanın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə 4 bankın – “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyasının ləğv edilməsi diqqəti yenidən bank sektoruna yönəltdi. Bu, Palatanın ilk bağlama qərarı idi. Çünki ona qədər Mərkəzi Bank bankları ləğv etmək səlahiyyətinə malik olub".

Mediatv.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, hökumətin əmanətlərə 3 il müddətində tam zəmanət verməsindən sonra bankların bağlanmasına 3 illik moratorium qoyulacağı ilə bağlı gözləntilər özünü doğrultmadı:

"Bu gözləntilərə rəğmən, Palata özünün ilk və sərt qərarını verdi. Azərbaycanın bank sektorunda indiyədək bir gündə 4 bankın lisenziyasının alınması təcrübəsinə rast gəlinməyib. İlin əvvəlində Mərkəzi Bank bankları bağlamağa başlayanda ehtimal edilirdi ki, əmanətlərin tam sığortalanması haqqında Qanun qüvvəyə minməsi ilə proses başa çatacaq. Həmin dövrdə hətta bəzi banklar nəticəsi qabaqcadan məlum olan birləşmə oyununu ortaya atıb vaxt qazanmağa müvəffə oldular. Sonrakı dövrlərdə birləşmə ideyası əhəmiyyətini itirərək gündəmdən çıxdı. Son bağlanma dalğasında lisensiyası alınmış banklardan biri – Zamin bankın ilin əvvəlində bağlanması nəzərdə tutulurdu. Ancaq bağlanma prosesi müvəqqəti donduruldu və həllini tapmamış bir sıra problemlər, o cümlədən bankların devalvasiya nəticəsində yaranmış kapital itkiləri kimi problemlər yeni yaradılmış Palatanın öhdəsində buraxıldı. Ona görə də Mərkəzi Bankla müqayisədə Palatanın qərarlarının daha sərt olacağı gözlənilirdi".

Samir Əliyev bankların bağlanması məsələsinə də toxunub:

"Devalvasiyadan əvvəl ekspertlər kəskin devalvasiyanın bank sektoruna dağıdıcı təsiri olacağını xəbərdarlıq etmişdi. Əgər birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu aydın idi. Ümumiyyətlə, bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si 1-ci, 10-u isə 2-ci devalvasiyadan sonra bağlanıb. Hətta bir bank – NBC Bank lisenziyasını bərpa edə bilib.

Artıq ölkədə fəaliyyətdə olan bankların ¼-i lisenziyasız qalıb. Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozuldu, aktivləri pisləşdi, beynəlxalq reytinqləri aşağı düşdü, kreditləşmələri məhdudlaşdı, əmanətləri dollarlaşdı. Bütün bunlar ona gətirib çıxartdı ki bankların gəlirləri kəskin azaldı, problemli kreditlərin atması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsi ilə bağlı çətinliklər ortaya çıxartdı. Bütün bunlar ölkənin maliyyə sabitliyi təhlükə altına qoyur".

İqtisadçının sözlərinə görə, Palata bankları bağlayanda əsas kimi bir sıra səbəbləri əsas götürüb: aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim edilməsi, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirilməməsi.

Göründüyü kimi, səbəblər kifayət qədər çoxdur. Hətta qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır. Bəs, sual olunur: Oxşar vəziyyət digər banklarda, o cümlədən Beynəlxalq Bank və Bank Standartda da mövcud olub və niyə onlara münasibətdə analoji addım atılmadı? Axı, təkcə Beynəlxalq Banka verilən yardımın həcmi ilə yerdə qalan bütün bankları xilas etmək olardı. Çünki ölkənin ən böyük bankının arxasında dövlətin durması, eyni zamanda system əhəmiyyətli olması onun immuniteti idi. "Bank Standart"ı isə cəlb etdiyi depozitlərin həcmi qorudu. O, ikinci ən böyük deposit payına malik bankdır. Ancaq bağlanan bankların heç biri nə system əhəmiyyətlidir, nə də bazarda ciddi paya malikdir. Onların arxasında heç böyük güclər də durmur.

Samir Əliyev deyir ki, Palatanın vəziyyətini anlamaq olar:

"Çünki bank sisteminin çətin dövründə bazara girib. Palatanın yaradılması qərarı doğru olsa da zaman uğursuz seçilmişdi. Palata maliyyə sistemində sabitliyi təmin etmək üçün bir qədər sərt addımlar atmağa məcburdur. Sistemə təhlükə törədən, düzgün idarəetmə qurmayan, məsuliyyətsiz əmanət cəlb edən, eyni zamanda məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür. Ona görə Palatanın bu addımını düzgün saymaq olar. Ancaq problem başqadır. Bütün proseslər, o cümlədən qərarlar qapalı şəkildə verilir. Əvvəla, Palatanın bu gün verdiyi qərarların hüquqi qüvvəsi sual altındadır. İkincisi, əsaslandırmalar çox ümumi şəkildə təqdim edilir və qeyd etdiyimiz kimi oxşar səbəbləri digər banklara da şamil etmək olar. Halbuki system əhəmiyyətli bankları çıxmaq şərti ilə həmin əsaslarla bağlanmalı olan digər banklar da var. Prosesin şəffaf aparılmaması çoxlu suallar yaradır və arxasız bankların ilk öncə sıradan çıxarılması fikrini qüvvətləndirir".

Bəs, yaxın dövrdə bank sektorunu nə gözləyir?

Bu suala cavab verən Samir Əliyev bildirib ki, hələki yaxşı heç nə görünmür:

"Yaxın dövrlərdə daha 3-4 bankın “qara kağız” almaq ehtimalı var. Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas verir. Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onların bağlanmaq təhlükəsindən xilas etməyəcək.

Manat getdikcə mövqelərinin itirir və proses zəif olsa belə, davam edəcək. Dollar kreditlərinin qaytarılması problem banklar üçün işə düşməsi yavaşıdılan mina rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır. Bankların kapitallaşması onları bir müddət qorusa da gələcəkdə iflasdan xilas edə bilməyəcək.

Ona görə də Palatanın addımını heç də bankların tələbləri yerinə yetirə bilməməsinin səbəbi kimi göstərmək olmaz. Qərarlar daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir.

Qarşıda Azərbaycan iqtisadiyyatını çətin günlər gösləyir…".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024