Bakıda ABŞ dollarının satış məzənnəsi 1,6 manatı keçib.
Mediatv.az: Fins.az xəbər verir ki, dolların məzənnəsi öyrənilən 37 bankdan cəmi 5-də dollar 1,6 manatdan ucuz satılır.
Bəzi banklarda isə dolların satış qiyməti 1,6 manatdan da yüksəkdir. Bunlar “Amrahbank”, “Yapı Kredi Bank” və başqalarıdır.
* * *10:20
Azərbaycan Mərkəzi Bankı 30 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,5394 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7090 manatdır.