Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-05-2016, 19:16)
Beynəlxalq bank 2015-ci ili 823 milyon manatlıq zərərlə başa vurub

2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının aktivləri 13 mlrd. 657,275 mln. manata çatıb ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 48,5% çoxdur.

Mediatv.az xəbər verir ki, bu barədə məlumat bankın yaydığı konsolidasiya edilmiş maliyyə hesabatı və auditor rəyində yer alıb.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 28,3% azalaraq 5 mlrd. 635,583 mln. manat təşkil edib.

Hesabat dövründə bankın öhdəlikləri kəskin artıb. Belə ki, 2014-cü ildə bankın öhdəlikləri 8 mlrd. 512,184 mln. manat olduğu təqdirdə, 2015-ci ilin sonuna bu göstərici 12 943,235 mln. manata çatıb. Beləliklə, öhdəliklər 1 il ərzində 52% artıb. Ötən il bankın nizamnamə kapitalı 8,66% artaraq 641,287 mln. manat, məcmu kapitalı isə 4,15% artaraq 714,040 mln. manat təşkil edib. Qeyd edək ki, bank 2015-ci ili 823,610 mln. manatlıq zərərlə başa vurub.

Xatırladaq ki, Beynəlxalq Bankda milyardlarla manat vəsaitin mənimsənilməsi işi üzrə onlarla sahibkar və məşhur oliqarxlar keçir. Bankın keçmiş rəhbərliyi, o cümlədən keçmiş başçısı Cahangir Hacıyev barəsində cinayət işləri qaldırılıb.

“APA-Economics”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024