Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-05-2016, 13:14)
ELMAN RÜSTƏMOV YENƏ DEVALVASİYADAN DANIŞDI

“Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də “üzən məzənnə” rejimində öz dayanıqlığını axtarır”.

Mediatv.az:  “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsad verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”, – deyə, E.Rüstəmov vurğulayıb.
O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: “Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq”.
Qeyd edək ki, Elman Rüstəmov bundan əvvəl baş verən hər 2 devalvasiyadan öncə də manatın məzənnəsində dəyişiklik gözlənilmədiyini bəyan etmişdi. Bu baxımdan artıq ictimaiyyətdə onun sözlərinə inan itib. Tam əksinə, ictimaiyyətdə belə bir düşüncə yaranıb ki, Elman Rüstəmovun devalvasiyanın olmayacağını deyirsə, yaxın vaxtlarda bunun baş verəcəyini gözləmək lazımdır. Bu baxımdan, yəni Elman Rüstəmov yenə devalvasiyanın olmayacağından danışdığından, ehtiyatlı olmaq lazımdır.

AzPolitika.info

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024