İqtisadiyyat (26-04-2016, 16:54)
"Dollar kreditləri ilə bağlı təkliflərimiz var" - Deputat
“Prezident bankların sağlamlaşdırılması ilə əlaqədar tapşırıqlar verib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bunun üzərində işləyir və 1 ay müddətində həmin tədbirlər planı işlənib hazırlancaq”.
Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.
Deputat bildirib ki, dollar kreditləri ilə bağlı məsələ yeni hazırlanan tədbirlər planında öz əksini tapacaq.
“Bankların sağlamlaşdırılması ilə əlaqədar proqram olmalıdır. Sözsüz ki, bu məsələlər orada öz əksini tapacaq. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlərə baxır. Onların xüsusi təklifləri olacaq. Dollar kreditləri ilə bağlı bizim də təkliflərimiz var. Bu baxımdan bank sistemində gedən islahatlar çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası xüsusi tədbirlər planı işləyib hazırlayacaq”.