Bu il manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır.
Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir:
Açıqlamada deyilir: “Müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir. Bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıbr.
Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank bu gün valyuta alışı hərracı keçirib və hərrac 400 min ABŞ dolları məbləğində yekunlaşıb”.