Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-07-2015, 10:47)
Azərbaycanda bu məhsulların gömrük rüsumu ləğv edildi – SİYAHI

Azərbaycanda bu məhsulların gömrük rüsumu ləğv edildi – SİYAHI

 Qərar 7 il müddətində qüvvədə olacaq.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında”  qərarına dəyişiklik edib. 

Mediatv.az xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Siyahıya “Qrup 84” üzrə yaddaş qurğuları (sərt maqnit disklərdə), hesablayıcı maşınların digər qurğuları, 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (elektron modulları), 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (digərləri)

“Qrup 85” üzrə digər monitorlar (yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan), elektron inteqral sxemlər (prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər daxildir.

Qərar avqustun 29-da qüvvəyə minəcək və 7 il müddətində qüvvədə olacaq.

Qərarla “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024