İqtisadiyyat (9-07-2015, 21:43)
ABŞ strateji neft ehtiyatlarını sata bilər
ABŞ Konqresi ölkənin strateji neft ehtiyatından neft satmağa icazə verəcək qanun layihəsi qəbul etməlidir. Belə bir bir bəyanat Ağ Evdən səslənib.
Bəyanatda deyilir ki, administrasiya ABŞ-ın enerji təhlükəsizliyini bundan sonra da təmin etmək məqsədi ilə strateji neft ehtiyatlarının modernləşdirilməsi üçün investisiyaların təmin edilməsinin vacibliyini təsdiq edir.
1970-ci illərdə OPEK-ə üzv ölkələr bəyan etdi ki, onlar Suriya və Misirlə münaqişədə İsrailə dəstək verən ölkələrə neft ixrac etməyəcək. Bu ilk növbədə ABŞ-a və onun Qərbi Avropadakı müttəfiqlərinə aid idi. Bir çox ərəb ölkələrindən ABŞ-a neft tədarükünün dayandırılması bu ölkənin iqtisadiyyatına ciddi böhran vəd edirdi.
O zaman, 1975-ci ilin dekabrın 22-də prezident Fordun göstərişi ilə ABŞ-ın enerji təhlükəsizliyinin təminatı məqsədi ilə strateji neft ehtiyatlarının yaradılması qərara alınıb. ABŞ-ın strateji neft ehtiyatı dünyanın ən böyük neft ehtiyatıdır.
2014-cü ildə bu ehtiyatlardan bir hissəsinin bazara çıxarılması qərara alındı.
Bundan əvvəl ABŞ strteji neft ehtiyatlarından 2011-ci ildə, Liviya müharibəsi zamanı neft satıb.