İqtisadiyyat / Slayd (8-06-2015, 16:54)
“Azərbaycanda yeni devalvasiya olmayacaq“ - BVF
Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə bu il üçün iqtisadi artım proqnozunun əvvəlki 0,6%-dən 1,8%-dək artırması ilk növbədə "Şahdəniz" perspektiv strukturun işlənməsi layihəsinə yatırılan sərmayələrlə bağlıdır
Mediatv.az xəbər verir ki, bunu BVF-nin Azərbaycan üzrə rəhbəri Raca Almarzoqi (Raca Almarzoquie) məlumat verib:
"İlin əvvəlində Azərbaycanda 2015-ci ildə iqtisadi inkişafın 0,6% olacağını düşünürdük. Lakin sonra ölkəyə gəldik, sənədlərlə tanış olduq və bu rəqəmi 1,8%-ə qaldırdıq. Hesab edirəm ki, artım "Şahdəniz" layihəsinə olan yatırımlar hesabına olacaq".
"Report"un 2015-ci ildə ÜDM istehsalının hansı həcmdə olacağı ilə bağlı sualına Fond rəsmisi bunun 66 mlrd. manat təşkil edəcəyini deyib: "Düşünürük ki, bu il Azərbaycanda ÜDM 66 mlrd. manat, gələn il isə 68 mlrd. manat olacaq. 2016-cı ildə qeyri-neft sektoru 4,5%, ümumi iqtisadiyyat isə 2,8% artacaq".
Devalvasiya gözləntiləri ilə bağlı suala isə R.Almarzoqi deyib ki, BVF növbəti devalvasiya gözləmir: "Neftin qiyməti 50 dollardan aşağı düşsə belə, devalvasiya gözlənilmir".
BVF təmsilçisi həmçinin Azərbaycan Beynəlxalq Bankının Azərbaycan iqtisadiyyatı üçün ciddi risk olduğunu bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024