İqtisadiyyat (2-06-2015, 15:43)
“Bankların birləşməyə qarşı müqaviməti lüzumsuzdur”
Ölkə banklarının birləşməsi məsələsi yenə aktualdır. Bir neçə gün əvvəl bu təklifi Asiya İnkişaf Bankının (AİB) təmsilçisi də səsləndirib. Qurumun Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson bildirib ki, Azərbaycanda bankların konsolidasiyası həyata keçirilməlidir. Trend-in məlumatına görə, Betti Uilkinson deyib ki, Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur: “İlk növbədə, bank sahəsində idarəetmə sisteminin nə dərəcədə yaxşı təşkilinə və bankların hansı maliyyə mənbələrinin olduğuna baxmalıyıq. Onların müştəri bazasına və inkişaf strategiyasına baxmaq, sonra kiçik bankları daha böyük banklarla birləşdirmək lazımdır”.
B.Uilkinson qeyd edib ki, konsolidasiya dünyanın bir çox ölkələrində həyata keçirilən normal prosesdir: "Hələlik Asiya İnkişaf Bankının Azərbaycan banklarından birində pay sahibi olmaq və mümkün birləşmədə iştirak etmək kimi planı yoxdur. Bizə belə bir sorğu daxil olsa, əlbəttə, onu nəzərdən keçirəcəyik. Lakin hələlik belə bir müraciət daxil olmayıb”.
Ekspertlər isə bildirirlər ki, ixtisarlar qaçılmazdır. Ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycanda bankların sayının çoxluğu məsələsi yeni deyil: “Asiya İnkişaf Bankı bu məsələni qaldıran ilk beynəlxalq maliyyə institutu deyil. Neçə illərdir ki, Beynəlxalq Valyuta Fondu və Avropa İnkişaf və Yenidənqurma Bankı bu məsələnin vacibliyini qeyd edir. Yerli ekspertlər bu ideyanı dəstəkləyir. Hətta Mərkəzi Bank da bankların sayının azalmasını istəyir. Mərkəzi Bank hər il bankların konsolidasiyasını özünün əsas prioritetlərindən biri elan etsə də bu istiqamətdə nəticə əldə edə bilmir. Bir sözlə, hamının fikri üst-üstdə düşsə də, banklar könüllü birləşmək istəmirlər. Çünki hərəsi bir mənbəyə bağlıdır, sərbəst qərar verə bilmirlər”.
Ekspert qeyd edib ki, müstəqilliyinin ilk illərində Azərbaycanda bankların sayı hətta 200-dən də çox olub: “1995-ci ildən başlayaraq Mərkəzi Bankın sərt tədbirləri, o cümlədən nizamnamə kapitalının minimal həddini artırması nəticəsində bankların sayı 5 dəfəyədək azalıb. Ancaq Mərkəzi Bankın konsolidasiya istiqamətində atdığı sonuncu addım bəhrəsini verməyib. Belə ki, 2012-ci ildə bankların məcmu kapitalına dair tələb 50 milyon manata qaldırılanda gözlənilirdi ki, bir sıra banklar bazarı tərk etməli olacaq. Hətta Bankların yenidən təşkili qaydalarının yeni redaktədə qəbulu bu ümidləri bir az da artırdı. Ancaq Mərkəzi Bank möhlət müddətini 1 il uzatmaqla 20-yədək bankı bağlanmaqdan xilas edə bildi. Buna baxmayaraq 4-5 bank tələbi yerinə yetirə bilmədi. Mərkəzi Bank onların bağlamaq fikrindən vaz keçdi. Səbəb əlbəttə iqtisadi baxımdan həssas dövrün olmasıdır. Hazırda ölkədə 45 bank fəaliyyət göstərir. Onların 2-si dövlət, 43-ü özəldir. Özəl bankların 23-ü xarici kapitallıdır”.
S.Əliyev də vurğulayıb ki, Azərbaycanda bankların sayı çoxdur. Ölkədə əhalinin hər 100 min nəfərinə 0,5 bank düşür. “Bu göstəriciyə görə MDB-də ilk yerləri bölüşürük. Şərqi və Mərkəzi Avropa ölkələrində bu rəqəm 1-3 civarında dəyişir. Artıq neçə illərdir dünyada bankların konsolidasiyası prosesi gedir. Konsolidasiya xüsusilə 2009-cu ildəki qlobal maliyyə böhranından sonra daha da aktuallaşdı. Dünyada əvvəllər bankların sayının azaldılaraq şəbəkələşməsi siyasətinə üstünlük verilirdi. Ancaq internet və mobil bankçılığın inkişafı əhaliyə xidmətdə yeni yanaşma gətirdi. İndi hətta filialların bağlanması prosesi gedir. Azərbaycan da dünyada baş verən proseslərin tərkib hissəsi olaraq müasir texnologiyaları bank sektoruna tətbiq etməyə başlayıb. Bunun nəticəsi olaraq ixtisarlar qaçılmazdır”,- deyə o, qeyd edib.
S.Əliyevin sözlərinə görə, bankların sayına bir çox amillər, o cümlədən makroiqtisadi amillər təsir göstərir: “Bura inflyasiya, adambaşına düşən ümumi daxili məhsulun həcmi və sair kimi amillər daxildir. Adambaşına düşən ÜDM-in həcmi artdıqca bank xidmətlərinə tələbat da artır. Pul köçürmələrinin həcmi artır, kreditlərə tələbat artır, depozit baza artır və sair. Azərbaycan iqtisadiyyatı üçün, fikrimcə, 20-25 bankın olması kifayət edir. Bank sektorun həmin bankların payı 90 faizə yaxındır. Bank sistemi məhz onların çiynindədir. Yerdə qalan 20 bankın bazar payı 10 faiz civarındadır. Bankların sayının çoxluğu ilk baxışdan rəqabətin güclü olması təsəvvürü formalaşdırır. Ancaq təəssüf ki, bizdə bank sektorunda rəqabət çox zəifdir. Yeganə rəqabət əmanət qoyuluşunda oldu və onun də nəticəsi əmanətlər üzrə faiz dərəcəsinin artmasına gətirib çıxartdı. Ölkə iqtisadiyyatı üçün vacib olan kreditləşmə rəqabətdən kənarda qaldı. Neft gəlirlərinin azalması fonunda iqtisadiyyata yönəldilən büdcə pullarının məhdudlaşdırılması və buna görə də qeyri-neft sektorunun zəifləməsi, devalvasiya bankların gəlirlərini kəskin azaldıb. Kreditləşmənin zəifləməsi də banklara zərbə vurur. Onsuz da bankların müştəri kontingenti məhduddur. Bir müştəri eyni zamanda bir neçə bankın xidmətindən yararlanır. Onların bir hissəsinin ya kredit tarixçəsi pisləşib, ya da məşğulluqda kənarda qalıblar. Bütün bu problemlər konsolidasiya məsələsini yenidən gündəmə gətirib”.
S.Əliyev deyib ki, bankların birləşməyə qarşı müqaviməti lüzumsuzdur: “Əvvəl-axır birləşməyə getməli olacaqlar. Bunun həm mövcud iqtisadi durum tələb edir, həm də bank sisteminin dayanıqlığı üçün vacibdir. Ancaq Asiya İnkişaf Bankının dediyi kimi, kiçik bankların böyüklərə birləşməsi yox, kiçiklərin biri-biriləri ilə birləşməsi yaxşı olardı. Bu, ölkənin bank sistemində təmərküzləşmə səviyyəsini də azaldardı. Hazırda təmərküzləşmə səviyyəsi 55 faizdir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024