
Mingəçevirdə qadın özünü Kür çayına atıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Sahil parkı ərazisində baş verib.
İntihar məqsədilə özünü Kür çayına atan orta yaşlı qadın ərazidə olan qayıqçı tərəfinfən xilas edilib. Sahilə çıxarılan qadın həkim briqadasına təhvil verilib. Onun Tərtər rayon sakini olduğu bildirilir.
İntihara cəhdin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.