Ermənistan tərəfinin Qarabağda – Füzulidə apardığı axtarış işləri nəticəsində daha 3 hərbçinin cəsəd qalıqları tapılıb.
"Mediatv.az" xəbər verir ki,bu gün Qırmızı Bazar-Şexer kəndləri istiqamətində daha 3 hərbçi cəsədi Azərbaycan tərəfindən ermənilərə təhvil verilib.
Beləliklə, 6 hərbçi cəsədinin kimliyini müəyyənləşdirmək üçün Ermənistan tərəfi məhkəmə tibbi ekspertizası təyin edəcək.
Bu günə kimi Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar nəticəsində 1629 erməni hərbçinin cəsədi tapılıb.